Faduit adası — Seneqalın qərb hissəsində Joel-Fadiut şəhərinin ərazisində ada[1]
Adası tamamilə balıqqulağından təşkil olunub.[1] Burada tikililərdən tutmuş, torpaq qatına kimi hər şey balıqqulağından ibarətdir.[1] Adanı manqo, baobab ağacları və kolluqlar möhkəm saxlayır. Əslində isə, bu ada XIX əsrin sonlarına kimi mövcud olmamışdır.[1] Belə ki, ada tədricən yaranmışdır.[1] Yerli əhali molyusklarla qidalanmış və onun balıqqulağı olan hissəsi gətirilərək bu əraziyə tökmüşdür.[1] Nəticədə də, süni Faduit adası peyda olmuşdur.[1] Ada yarandıqdan sonra Joel-Faduit şəhərinin sakinləri buraya köç etmiş və materiki ada ilə birləşdirən körpü də tikilmişdir.[1] Hazırda bu adada məşhur bir qəbiristanlıq yerləşir ki, onun məzarları da balıqqulağından hazırlanıb.[1]
Hazırda Faduit adası şəhərdə turistlərin ən çox sevdiyi məkanlardan biridir.[1]