Faiq Əlizadə (tam adı: Əlizadə Faiq Əhdülhüseyn oğlu; 10 yanvar 1953, Ağcabədi – 20 yanvar 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Faiq Əlizadə | |
---|---|
Əlizadə Faiq Əhdülhüseyn oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi |
1953-cü il 10 yanvar tarixində Ağcabədidə anadan olub. Binəqədi rayon təmir-tikinti idarəsində fəhlə işləyib. Üç uşağı qalıb. Hadisə gecəsi Gənclik metrostansiyası yaxınlığında olan Faiq Əlizadə elə oradacada güllələnib. Onu 5 nömrəli xəstəxanaya aparırlar. Yanvarın 20-də səhər saat 9-da iki naməlum şəxs evə gəlib deyib ki, Faiq yaralanıb, xəstəxanadadır. Onlar xəstəxanaya çatana kimi Faiq canını tapşırıbmış. Şəhidlər xiyabanında dəfn edilmişdir.