Faiq Süleyman Paşa

Faiq Paşa (1876, Konstantinopol30 avqust 1916) — Osmanlı generalı, Məşriq-i Əzəm-i Osmanı adıyla qurulan böyük mason lojasının ustadı.

Faiq Süleyman Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1876
Doğum yeri
Vəfat tarixi 30 avqust 1916(1916-08-30)
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1900-cü ildən
Rütbəsi Mirliva
Döyüşlər

Qülləli Əsgəri Liseyindən məzun olduqdan sonra Mühendishane-i Berri-i Hüməyüna daxil oldu. 17 yanvar 1900-cü ildə Kapitan rütbəsi ilə məzun oldu və Sisam adasına təyin edildi. 1904-ci ildə Selanik məntəqənin komandiri Fərid Paşanın vəkilliyinə gətirildi. 1908, 17 may tarixində Baş məmur rütbəsinə yüksəlir. 1909-cu il 30 iyul tarixində Üsküdar bayrağı mutasarrıflığına təyin edildi. 9 Fevral 1911-ci ildə isə Erkan-ı Hərbiyə-i Ümumiyə Şöbəsinə təyin olundu.

Balkan döyüşlərində mükəmməl xidmət göstərmiş Fəthi Paşanın döyüşən əsgərləri müdafiə etməsi üçün Koçişte Təpəsində həlak olmasından sonra 1912-ci ildə Faiq Paşa komandir vəzifəsinə yüksəlir.

Osmanlı tarixinin qanlı döyüşlərindən olan Zığındərə Müharibəsində (28 iyun - 3 iyul, 1915-ci il) döyüşdü. 2 iyul tarixində 6-sı zabit olmaq üzrə, 164 əsgər həyatını itirdi. 4-ü zabit olmaq üzrə, 289 əsgər də yaralandı.

Faiq Paşa 30 Avqust 1916-cı il tarixində Çavreş Dağları ətrafında davam edən müharibə zamanı güllə yarası nəticəsində həyatını itirdi.