Faiq Seyidov

Faiq Naqim oğlu Seyidov (9 sentyabr 1964, Naxçıvan) — Gömrük xidməti polkovniki,[1] 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəisi, Gömrük Risklərinin rəhbəri, Audit departamenti.[2]

Faiq Seyidov
Faiq Naqim oğlu Seyidov
Şəxsi məlumatlar
Doğum tarixi (59 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti azərbaycanlı
Xidmət illəri 2000-indiyə kimi
Rütbə
Vəzifəsi Polkovnik
Təltifləri
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı
İmzanın şəkli

Həyatı[redaktə | mənbəni redaktə et]

9 sentyabr 1964-cü ildə Naxçıvanda anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat-uçotu fakültəsini bitirmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquqşünaslıq fakültəsini Qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1980-ci ildə başlamışdır. 2000-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-tarif və Valyuta Nəzarəti Baş İdarəsində Audit şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2008-ci ildən bu günə kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəis vəzifəsində çalışır

Mükafatları[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 058 nömrəli 27 yanvar 2011-ci il tarixli əmrinə əsasən "Gömrük Orqanlarında Xidmətə Görə" III dərəcə döş nişanı ilə təltif olunmuşdur[3].

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 061 nömrəli 30 yanvar 2012-ci il tarixli əmrinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur[4].

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 614 nömrəli 9 sentyabr 2014-cü il tarixli əmrinə əsasən "Gömrük Əməkdaşlığının Möhkəmləndirilməsinə Görə" döş nişanı ilə təltif olunmuşdur[5].

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 040 nömrəli 30 yanvar 2015-ci il tarixli əmrinə əsasən "Gömrük Xidməti Əlaçısı" döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 211 nömrəli 9 aprel 2015-ci il tarixli əmrinə əsasən "Gömrük Orqanlarında Xidmətə Görə" III dərəcə döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin 025 nömrəli 29 yanvar 2014-cü il tarixli əmrinə əsasən "Hərbi Əməkdaşlıq sahəsində Xidmətinə Görə" medalı ilə təltif olunmuşdur

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2933 nömrəli 15 dekabr 2010-cu il tarixli əmrinə əsasən "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur[5].

Azərbaycan Respublikası Prezidentinin 2645 nömrəli 31 yanvar 2008-ci il tarixli sərəncamə ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur[5].

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailələdir, iki övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Faiq Naqim oğlu Seyidov
  2. "AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ". 2016-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
  3. "Azərbaycan Respublikası Gömrük Xidməti əməkdaşlarının "Gömrük orqanlarında xidmətə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
  4. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
  5. 1 2 3 "Gömrük əməkdaşlarının "Gömrük Əməkdaşlığının Möhkəmləndirilməsinə Görə" döş nişanı ilə təltif edilməsi ilə bağlı Azərbaycan prezidentinin 30 yanvar 2011-ci il tarixli sərəncamı". 2016-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Daxili İşlər Nazirliyi
Gömrük Komutəsi