Falkoner çubuqlucası

Falkoner çubuqlucası (lat. Philadelphus x falconeri) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.

Falkoner çubuqlucası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Philadelphus ×falconeri

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

1880-cı ildən Rusiyanın Avropa hissəsində, meşə-bozqır torpaq zonalarda mədəni halda becərilir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m olan koldur. Zoğları çılpaqdır. Gövdəsinin qabığı şabalıdı-qonurdur. Yarpaqları yumurtavari-neştərvari, uzunluğu 3-5 sm, eni 0,9-4 sm-dir. Uc tərəfdən uzunsov, sivriləşmiş, qaidədən pazvari, kənarları xırda, qısa dişçikli və ya tamkənarlıdır. Üst tərəfdən çılpaq, alt tərəfdən damarların künclərində tükləri vardır. May ayının axırında çiçəkləyir. Çiçəkləri 3-5 ədəd, ağ, diametri 3 sm, salxımvari və ya süpürgəşəkilli çiçək qrupunda yerləşir. Kasayarpaqları yumurtavari-neştərvari, sivri, çılpaq və ya tüklərlə örtülmüşdür. Ləçəkləri uzunsov, neştər formalı, sivri, sütuncuğu yarıya qədər bitişikdir. Toxumla və yaşıl qələmlərlə çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şaxtaya və quraqlığa davamlıdır, normal inkişaf etməsi üçün müntəzəm suvarılma tələb edir. Çiçəkləyir, lakin meyvəsi yararsızdır. Günəşli yerdə yaxşı bitir, kölgədə və yarımkölgədə zoğları uzanır, çiçəkləməsi zəifləyir. Torpaq suları və nəmişliyin olması bitkinin inkişafına pis təsir edir. Çubuqluca məhsuldar torpaqlara (yarpaqlı, çürüntülü, qumlu - 3:2:1) üstünlük verir. Çubuqluca rütubətə tələbkardır. Ph.coronarius və Ph. laxus növlərinin hibrididir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda Mərkəzi Nəbatat bağına introduksiya edilmişdir. Burada o, şaxtaya və quraqlığa davamlı olmaqla meyvə verir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Park və bağlarda qrup və ya tək əkinlər, canlı hasarların yaradılması və alleyaların aşağı yarusunun yaşıllaşdırılması üçün təklif edilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.