Famil Sadıqov

Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti.[1]

Famil Sadıqov
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti iqtisadçı

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.[2] S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümumrusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir.

1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş,[3] 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur.

2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir.

2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qazprom"un vitse-prezidenti". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  2. "maliyyə-iqtisadi məsələləri üzrə müavini". 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  3. "RUSİYA "QAZPROMBANK" ASC-NİN İDARƏ HEYƏTİNİN SƏDR MÜAVİNİ". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  4. "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.