Fanfrnoch

Fanfrnoch

Fanfrnoch (həmçinin famfrnoch, bukač, bukál və ya brumbá) — mənşəcə Chod bölgəsindən olan vurmalı çalğı alətidir. Bir membraphone (gərilmiş qişa, pərdə titrədərək səs çıxarmaq) olaraq sinifləndirilir. Alət tikişlə yerində tutulan gərilmiş dəri ilə əhatə olunmuş və dərinin ortasından keçən at tükündən ibarət gil və ya metal qabdır (adətən küpə). Küp nə qədər böyük olarsa alətin səsi bir o qədər dərindir. Alət at tükü çəkilərək çalınır və nəmli barmaqları tüklərə sürtməklə tonlar səsləndirilə bilər. Bu çalğı aləti çex xalq mahnılarının müşayiətçisi kimi çıxış edir və məşhur yeni il melodyası adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]