Fariz Abdullayev — Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi. 4 qat Beynəlxalq Seminar təmsilçisi, 2 qat Beynəlxalq Döyüş Növləri Festivalı iştirakçısı, Real Aykido üzrə 5-ci Dan qara kəmər, Krav Maga üzrə 4-cü Dan qara kəmər, Budo üzrə 2-ci Dan qara kəmər ustası.[1][2][3]
Fariz Abdullayev Elsevər oğlu 1989-cu il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 2005-ci ildə 244 saylı orta məktəbi bitirmişdir. 2010-cu ildə isə Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakültəsini fərqlənmə ilə bitirərək tam ali təhsilə yiyələnir. Həmçinin 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2010–2011-ci illərdə hərbi xidmətini başa vurub.
2024-cü il 15 avqust tarixində "İrsi qan xəstəliyi haqqında və ümumilikdə qan donorluğu mədəniyyətinin inkişafı"da göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul tərəfindən mərkəzin fəxri üzvü seçilmişdir.[4]
Evlidir, bir övladı var. Həvəskar olaraq musiqi fəaliyyəti ilə də məşğuldur.
Uşaqlıqdan idmana olan yüksək həvəsi onu 2001-ci ildə Real Aykido idman növünə gətirir. 2012-ci ilin iyun ayında o Real Aykido döyüş növünün yaradıcısı, 10-cu Dan qara kəmər sahibi, akademik, general Lyubomir Vraçareviç tərəfindən 3-cü Dan qara kəmərə layiq görülür və "Idman Ustası" dərəcəsi alır.
2013–2014-cü illərdə Azərbaycanı Serbiyanın Belqrad şəhərində keçirilən Beynəlxalq Real Aykido seminarlarında yüksək səviyyədə təmsil edir və fərqlənmə diplomu alır.
17 noyabr-20 dekabr 2014-cü il tarixdə Fariz Abdullayev Real Aykidonun vətəni olan Serbiyanın paytaxtı Belqrada səfər etmişdir. 33 gün ərzində 58 peşəkar məşqdə iştirak etmiş, dəfələrlə ustad dərsləri keçmişdir və dünya federasiyasının 1-ci yığmasının yeganə Azərbaycanlı üzvü olmuşdur. "Bodyguard Training Centre Vracarevic" kursunu bitirmiş və lisenziya almışdır. 2015–2017-ci illərdə dünyanın ən böyük idman tədbirlərindən sayılan "Beynəlxalq Döyüş Növləri Festivalı"-da Azərbaycanı və ümumilikdə Real Aykido idman növünü 2 dəfə layiqincə təmsil etmişdir. 2 fevral 2016-cı il tarixində nümunəvi gənc kimi fərqlənərək Binəqədi Rayon İcra Başçısı tərəfindən fəxri fərmana layiq görülür.
24 fevral 2016-cı ildə isə dünya federasiyası tərəfindən Serbiyaya dəvət olunur. İmtahan verərək 4-cü Dan qara kəmər ustası adını qazanır. Eyni zamanda "Bodyguard Training Centre Vracarevic"-in Azərbaycan üzrə rəsmi nümayəndəliyi Fariz Abdullayevə həvalə edilir.
18 dekabr 2019-cu ildə Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
3 dekabr 2020-ci il tarixində çoxillik nailiyyət və xidmətlərinə görə Beynəlxalq Real Aykido Federasiyasının prezidenti, Real Aykido idman növünün yaradıcısının 1-ci asistenti, 7-ci Dan qara kəmər ustası, professor İqor Petroviç tərəfindən 5-ci Dan qara kəmər ustası dərəcəsinə layiq görülür.
2018–2023-cü illərdə onun rəhbərliyi altında Azərbaycan Real Aykidosu dünyada ardıcıl olaraq 6 il, hər kateqoriyada 1-ci olmuşdur.[5]
2013–2023-cü illər aralığında Real Aykido döyüş növünü Azərbaycanda inkişaf etdirdiyinə görə hər il dünya federasiyası tərəfindən müxtəlif diplom və medallara layiq görülmüşdür.[6]
Hal-hazırda sıravi vətəndaşlara və bir çox güc strukturlarının əməkdaşlarına özünümüdafiə sənətini öyrədir. İndiyədək 2000-dən çox şəxsin Real Aykido idman növü ilə məşğul olmasına səbəb olmuşdur.
www.azrealaikido.com https://realaikidofederation.com/ https://www.youtube.com/watch?v=gzo7rrpENMs Fariz Abdullayevin 2013–2017-ci illərdə beynəlxalq arenada çıxışları. Arxivləşdirilib 2019-11-18 at the Wayback Machine