Farkaşreti məzarlığı

Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur.[1]

Qəbiristanlıq
Farkaşreti
mac. Farkasréti temető
Xəritə
Ölkə Macarıstan
Şəhər Budapeşt
Əsası qoyulub 1894
Sayt btirt.hu/temetok/farkasr…
47°29′02″ şm. e. 19°00′17″ ş. u.HGYO
Farkaşreti xəritədə
Farkaşreti
Farkaşreti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir. Buradakı ən qədim məzar Ferens Katri Salezin məzarıdır. O Budapeşt Raf dəmiryolunun, Esterqomdakı orijinal Maria Valeria körüsünün memarıdır.

  1. "Séta a Farkasréti temetőben". 2005-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-05-15.