Fars körfəzi pro-liqası


Fars körfəzi pro-liqası (fars. لیگ برتر خلیج فارس‎), eləcə də İran pro-liqası (İPL) (fars. لیگ برتر فوتبال ایران‎) — İranın peşəkar futbol liqası.

Ölkə İran İran
Konfederasiya AFC
Açılış ili 1970
Komandaların sayı 16
Liqalar sistemində səviyyə 1
Aşağı liqa Azadegan Ligasi
Digər kubok(lar) Həzfi Kuboku
İran Superkuboku
Beynəlxalq kubok(lar) AFK Çempionlar Liqası
Son çempion Persepolis (14 dəfə)
Ən uğurlu komanda Persepolis (14 dəfə)
Veb səhifəsi www.iranleague.ir

Tarixi[redaktə | mənbəni redaktə et]

1973-cü ildən etibarən İranda "Cəmşid kuboku" adlı milli futbol çempionatı keçirilirdi. Amma bu çempionatın 1978/1979-cu illər mövsümü İranda islam inqilabı baş verməsi səbəbi ilə yarımçıq qalmışdır. 1980-ci ildə başlayan İran-İraq müharibəsi isə ölkədə futbol çempionatının keçirilməsini daha 10 il müddətinə qeyri-mümkün etmişdir. İran futbol çempionatı 1989/1990-cı illər mövsümündə "Kods Liqa" adı ilə yenidən fəaliyyətə başlamışdır. 1992-ci ildən etibarən yüksək liqa "Azadegan liqası" adlanıb. 2001-ci ildə isə "Azadegan liqası" adı 1-ci liqaya verilib və İranın yüksək futbol liqası "Pro Liqa" adlandırılıb.

Reqlament[redaktə | mənbəni redaktə et]

Çempionat payız-yaz sistemi olmaqla iki dövriyyədə keçirilir. Nəticələrə uyğun olaraq üç ən pis nəticə göstərmiş komanda birinci liqaya düşür.

Çempionlar siyahısı[redaktə | mənbəni redaktə et]

İranda futbol çempionatları keçirilməyə başlanandan bu dövrə qədər ən çox çempion adına üç Tehran komandası - Persepolis, İstiqlal (1979-cu ilə qədər "Tac" adı altında çıxış edib) və "Pas" (2008-ci ildən komanda Həmədan şəhərini təmsil edir) layiq görülüblər.

Mövsüm Çempion Gümüş mükafatçı Bürünc mükafatçı
1970/1971 Tac (İstiqlal) Pas Tac Abadan
1971/1972 Persepolis Pas Tac (İstiqlal)
1973/1974 Persepolis Tac (İstiqlal) Pas
1974/1975 Tac (İstiqlal) Persepolis Homa
1975/1976 Persepolis Homa Tac (İstiqlal)
1976/1977 Pas Persepolis Şəhbaz
1977/1978 Pas Persepolis Mələvən
1978-1989 1979 İnqilab və İran-İraq müharibə səbəbiylə, tutula bilmədi.
1989/1990 İstiqlal Persepolis Mələvən
1991/1992 Pas İstiqlal Persepolis
1992/1993 Pas Persepolis Traktor Sazi
1993/1994 Saypa Persepolis Cənub
1994/1995 Saypa İstiqlal Persepolis
1995/1996 Persepolis Bəhman (Peykan) İstiqlal
1996/1997 Persepolis Bəhman (Peykan) Sepahan
1997/1998 İstiqlal Pas Zobahən
1998/1999 Persepolis İstiqlal Sepahan
1999/2000 Persepolis İstiqlal Müqavimət (Fəcr)
2000/2001 İstiqlal Persepolis Saypa
2001/2002 Persepolis İstiqlal Fulad
2002/2003 Sepahan Pas Persepolis
2003/2004 Pas İstiqlal Fulad
2004/2005 Fulad Zobahən İstiqlal
2005/2006 İstiqlal Pas Saypa
2006/2007 Saypa İstiqlal Persepolis
2007/2008 Persepolis Sepahan Səba
2008/2009 İstiqlal Zobahən Mes
2009/2010 Sepahan Zobahən İstiqlal
2010/2011 Sepahan İstiqlal Zobahən
2011/2012 Sepahan Traktor İstiqlal
2012/2013 İstiqlal Traktor Sepahan
2013/2014 Fulad Persepolis Nəft Tehran
2014/2015 Sepahan Traktor Nəft Tehran
2015/2016 İstiqlal Xuzistan Persepolis İstiqlal
2016/2017 Persepolis İstiqlal Traktor
2017/2018 Persepolis Zobahən İstiqlal
2018/2019 Persepolis Sepahan İstiqlal
2019/2020 Persepolis İstiqlal Fulad
2020/2021 Persepolis Sepahan İstiqlal

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]