Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Fars yalançıbuynuz gürzə (Pseudocerastes persicus) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü.
Fars yalançıbuynuz gürzə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Fars yalançıbuynuz gürzə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu canlıların uzunluqları 80–90 sm arasında olur. Nadir hallarda 100 sm-ri keçir. Bədəni sıxdır, ancaq kök deyildir. Bu canlıların özəllikləri ondadır ki, onların buynuza bənzər çıxıntısı olur. Bəzən isə bu sadəcə bir purcuğun qabarmış forması kimi özünü göstərir. Bu buynuzcuqlar gum və ya torpağın buruna və gözə daxil olmasını əngəlləyir. Qonur-boz rəngli zolaqlara sahibdir. Əsasən qumlu sahələri xoşlayırlar. Onlar qumlu sahələrdə yaşamasalarda qumları bədənləri ilə tərpədərək buradaca gizlənə bilirlər. Sürətləri 37 sm/san çatır. Gecələr aktiv olurlar. Əsasən kərtənkələ, quş və gəmiricilərlə qidalanırlar. Yumurta qoymaqla çoxalırlar. Bir dişi 11–21 arası yumurta qoya bilir. Yumurtadan çıxan balaların uzunluğu 15 sm olur.
Pakistandan Türkiyə, Azərbaycandan İsrail və İordaniya kimi ərazilərə yayılmışlar. Onlara həmçinin Səudiyyə Ərəbistanı, Oman və BƏƏ kimi ölkələrdə belə görülə bilir.