Fateh məscidi (türk. Fatih Camii) ― Türkiyənin Bursa ilinin Tirilye (Zeytinbağı) məhləsində məscid. Bina əvvəlcə 8-ci və ya 9-cu əsrlərdə Bizans kilsəsi olaraq inşa edilmiş və daha sonra XVI əsrdə müsəlmanların ibadət yerinə çevrilmişdir.[1] Tikili 1920-ci ildən 1922-ci ilə qədər 1923-cü ildə yenidən məscidə çevrilənə qədər yenidən Yunan pravoslav kilsəsi olaraq xidmət etmişdir.[1]
İslam | |
Fateh məscidi | |
---|---|
Ölkə | |
Memarlıq | |
İnşa tarixi | 720 – 730 |
Üslubu | Bizans memarlığı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Orijinal tikili 720–730-cu illər (və ya Robert Ousterhota əsasən 9-cu əsrin əvvəllərində[2]) arasında inşa edilmiş ola bilər və böyük ehtimalla ya Məsih və Müqəddəs Ruhani Stefan kilsəsi, ya da Müqəddəs Teodor kilsəsi olaraq bilnirdi.[3][4]
Osmanlılar Anadolunu fəth etdikdən sonra Bizans kilsəsi məscidə çevrildi və Fateh məscidi adlandırıldı.[1] 1920-ci ildə Bursa Yunan qüvvələri tərəfindən qısa müddətli işğal edildi və tikili yenidən pravoslav kilsəsi olaraq xidmət etməyə başladı.[5] 1923-cü ildə tikili yenidən məscidə çevrildi.[1]
Tikilinin bölgədəki ən qədim Bizans binası olduğu düşünülür və qorunan statusa malikdir. Bu, eyni zamanda Yunan xaçı formalı kilsələrin bilinən ən qədim nümunələrindən biridir və ilk illərdə tikiliyə bitişik kiçik kilsə mövcud idi.[6][2] Məscidin əsas girişi bəzədilmiş metal başlıqlı dörd sütunun üzərində dayanan taxta dam örtüklü portikdən keçir. Məscidin mərkəzi günbəzi 19 metr hündürlüyündə və təxminən 4,5 metr genişliyindədir.[6][7] Tikili 8-ci əsrdə tikilsə də, bəziləri sonrakı tarixdə yenidən oyulmuş ola bilən 6-cı əsr heykəlləri kimi köhnə elementləri özündə cəmləşdirir.[2] Bəzi alimlər kilsənin əvvəllər rəsm və ikonalarla bəzədildiyini, lakin bunların günümüzə gəlib çatmadığını düşünürlər.[1]
Tikili məscidə çevrildikdən sonra, köhnə kilsənin qurbangahının durduğu yerin mərkəzi apsidasına yarım günbəzlə örtülmüş hündür çini mehrab qoyulmuşdur.[1] Məscid 1855-ci ildə baş vermiş zəlzələdə ciddi ziyan görmüş və sonradan bərpa edilərkən tikiliyə bir minarə də əlavə edilmişdir.[1]