Fateh Qanunnaməsi — İstanbulun fəthindən sonra, dövlət təşkilatına imperiyanın böyüklüyünə və coğrafi vəziyyətinə yaraşan bir xarakter vermək, müxtəlif müəssisələrin vəzifələrini müəyyən etməyə ehtiyac duyulduğundan, Fateh Sultan Mehmet tərəfindən tətbiq olunan qanunlar toplusudur.
Fateh Sultan Mehmet dövlət təşkilatında yeni tənzimləmələrə olan ehtiyacın təsiri ilə, qanunlar tətbiq etdi və bu arada calaqlara aid bir çox məqamı da yenidən tənzim edib. Fatehin bu yolda ilk etdiyi iş paytaxtdakı məişət dəftərlərinə təkcə sipahi adını qeydə almayıb, bu dəftərlərə məişət gəlirlərinin və patentlərinin surətini həkk etdirmək olmuşdur[1].
Fateh Qanunnaməsi üç hissədən ibarətdir. Birinci hissədə, dövlət başbilənlərinin etiketdəki yerlərinə, padşaha kimlərin ərzdə olacaqlarına, qazilərin mərtəbələrinə. İkinci hissədə, səltənət işlərinin tərtibinə, yəni divan, has otaq təşkilatına və saray xidmətçilərinin bayramlaşma mərasimlərinə. Üçüncü hissə isə, cinayətlər və qarşılıqları ilə mənsəb sahiblərinin gəlirlərinə dair məlumatları ehtiva edirdi. Son hissədə həmçinin qeyri-müsəlman dövlətlərin verəcəkləri illik vergilər ilə dövlət vəzifəliləri və xanədan mənsublarına dair ləqəb örnəkləri yer alır[2].
Fatih qanunlar toplusunda "Nizami Aləm" üçün qardaş qətli məsələsi ilə bağlı maddə:
"Və hər kəsə uşağımdan səltənət mümkün ola, qarındaşların Nizami Aləm üçün qətl eləmək münasibdir. Əksər üləma belə tecviz etmişdir. Anınla amil olalar".
Fatih Qanunnaməsinin 37-ci maddəsi, yəni qardaş qətli ilə bağlı hissəsi tədqiqatçılar tərəfindən çox araşdırılmadan müzakirə edilir. Bu məqamda hər cür məlumat arxiv sənədlərində istərsə də tarix kitablarında mövcuddur. Dünya tarixində heç bir sülalə və ailə yoxdur ki, başqasının mənafeyi üçün öz övladını fəda etsin. Bu fədakarlıq yalnız Osmanlı sultanlarına məxsusdur və onlardan başqa heç kimdə belə bir fədakarlıq görünməmişdir. Bu məsələni ciddiyə alaraq, Osmanlı sultanlarını cani kimi göstərmək yanlışdır. Halbuki, məsələ yaxşıca tədqiq edildiyi zaman görülür ki, millətini öz övladından ayırmayan bir padşahın, istər öz doğma övladı olsun, istərsə idarəsi altında olan xalqı olsun, hamısı onlar yanında bərabərdilər. Osmanlı ailəsi, dövləti tək əldən idarə edir, digər Türk dövlətləri isə, dövlət torpaqlarını ailənin oğlan uşaqları arasında bölüşdürürdü. Səlcuqlular dövlətin ərazisini ailənin oğlan uşaqları arasında bölüşdürdüyü üçün, Anadoluda iki yüz ildən artıq qalmamışdılar və nəhayət tarix səhnəsindən silinib getmişlər. Osmanlı İmperiyası isə 641 il mövcud olmuşdur. Dövlətin qüdrətini sarsıdacaq, milləti bir-birinə düşmən edəcək, minlərlə günahsız qanı tökəcək və sonda dövlətin də dağıdılmasına səbəb olacaq bir problemi kökündən həll etmək lazım idi ki, məhz Osmanlılar bunu etdilər[3].
Bundan başqa, bu qanunlar toplusu Mədrəsələrin idarəetmə, tədris plan və akademik quruluşunu yenidən təşkil edən, akademik heyətin seçki və təyin olunması ilə maaşların müəyyən olunmasına dair əməliyyatları üsul və əsaslara bağlamışdır. Bu fərman Türk tarixində ilk ali təhsil qanunvericiliyini yaratması baxımından da mühümdür[4].