Fatma İmamquliyeva

Fatma Məhərrəm qızı İmamquliyeva (15 iyun 1926, Kənd Şahbuz, Naxçıvan MSSR29 iyul 2002, Kənd Şahbuz, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950).[1]

Fatma İmamquliyeva
Fatma Məhərrəm qızı İmamquliyeva
Doğum tarixi 15 iyun 1926(1926-06-15)
Doğum yeri
Vəfat tarixi 29 iyul 2002(2002-07-29) (76 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pambıqçı
Partiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni

Həyat və əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Fatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalıLenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.[2]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 427.
  2. Fatma Məhərrəm qızı İmamquliyeva // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.