Fatmaxanım Əliyeva

Fatmaxanım Xeybər qızı Əliyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru.

Fatmaxanım Əliyeva
Doğum tarixi 1 fevral 1959(1959-02-01) (65 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi Kimya elmləri doktoru
Elmi adı Baş elmi işçi
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universitetinin

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Əliyeva Fatmaxanım Xeybər qızı 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 176 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmən məktəbi fərqlənmə ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbayca MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasına göndərilmişdir və hal-hazıra qədər bu laboratoriyada çalışır. Bu illər ərzində "alı təhsilli baş laborant" vəzifəsindən "baş elmi işçi" vəzifəsinə qədər yüksəlmışdir. 1986-cı ildə aspiranturaya daxıl olmuş və 1992-ci ildə "Neftkimyası" ixtisası üzrə "Alkenilkəhrəba turşularının efirləri — yeni sintetik sürtkü yağlarının əsası kimi" mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2002-ci ildə "Neft kimyası" ixtisası üzrə "baş elmi işçi" elmi adını almışdır. 2013-cü ildə "Neft kimyası" ixtisası üzrə "(C6 — C10) vitsinal quruluşlu dikarbon turşularının efirləri və heteroatomlu törəmələri — sürtkü yağlarının əsası və komponenti kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2014-cü ildə kimya elmləri üzrə elmlər doktoru adına layiq görülmüşdür. Hal-hazırda F. X. Əliyevanın apardığı elmi-tədqiqat işlərinin əsas istiqaməti müasir və perspektiv texnikanın tələblərinə cavab verən yeni növ sürtkü yağlarının yaradılmasından ibarətdir.

Əsas elmi fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda F. X. Əliyevanın apardığı elmi-tədqiqat işlərinin əsas istiqaməti müasir və perspektiv texnikanın tələblərinə cavab verən yeni növ sürtkü yağlarının yaradılmasından ibarətdir. Elmi fəaliyyəti dövründə o, 250-dən artıq yeni növ maddələr sintez etmiş, kimyəvi quruluşdan asılı olaraq onların xassələrini öyrənmişdir. Alınmış maddalər keçmiş SSRİ-nin müxtəlif şəhərlərində olan müəssisələrdə sintetik sürtkü yağları kimi sınaqlardan keçirilmişdir. Alkenilkəhrəba turşusunun (AKT) sintez olunmuş bəzi mürəkkəb efirləri tipli müsbət nəticə ilə Moskva (ВНИИНП, НИИЧаспром), Ufa (Neftayırma zavodu) və s.:

  • Л3–31 sürtküsünün tərkibində pentaeritrit efirini əvəz edə bilən perspektiv və yüksək temperatura davamlı plastik yağlayıcının dispers mühiti kimi,
  • yüksək keyfiyyətli transmissiya yağları kimi,
  • öz keyfiyyətinə görə "Mebius" firmasının (İsveçrə) cihaz yağlarından yüksək göstəricilərə malik yağların əsası kimi
  • dizel yanacaqlarında antioksidləşdirici kimi tövsiyə olunmuşlar.

AKT-nın əsasında alınan efir yağlarının istehsalı Ufa şəhərində təcrübə-sənaye miqyasında həyata keçirilmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Son illərdə F. X. Əliyevanın kənd təsərrüfatı texnikasını və hərbi texnikanı atmosfer korroziyasından yüksək mühafizə qabiliyyətinə malik konservasiya yağlarının hazırlanması sahəsində də nailiyyətləri var. Sintez olunmuş AKT-nin monoefirləri və azotlu törəmələri konservasiya mayelərinin yüksək keyfiyyətli inhibitorları kimi tövsiyə olunmuşlar. Hal-hazırda F. X. Əliyeva perspektiv texnikanın tələblərinə cavab verən yeni növ sintetik sürtkü yağlarının əsaslarının və komponentlərinin alınması, eləcə də yeni konservasiya mayelərinin hazırlanması istiqamətində elmi fəaliyyətlə məşğuldur. F. X. Əliyeva tərəfindən aparılan elmi-tədqiqat işlərində sintez olunmuş maddələrin kimyəvi quruluşu ilə onların istismar xassələri arasındakı asılılıq sistemli şəkildə öyrənilmiş, müəyyən elmi və praktiki əhəmiyyət daşıyan qanunauyğunluqlar əldə olunmuşdur. Nəticədə yeni sinif sürtkü yağlarının yaradılmasının elmi əsasları işlənib hazırlanmışdır ki, bu da müasir və perspektiv texnikanın tələblərinə cavab verən sürtkü yağları və konservasiya mayeləri yaradılması haqqında əvvəlcədən proqnoz verməyə, elmi tədqiqatların məqsədyönlü və sistemli şəkildə aparılmasına imkan verir. F. X. Əliyeva 1993–1994-cü illərdə İxtisaslaşdırılmış Dissertasiya Şuranın elmi katibi olmuşdur. F. X. Əliyeva 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında "Elmin İnkişafı Fondu"nun keçirdiyi müsabiqənin qalibi olmuş layihədə məsul icraçı, həmin fondun 2015–2016-cı illərdəki layihəsində isə layihə rəhbəri olmuşdur. O, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin elm fondunun elan etdiyi müsabiqələrin qalibi olmuş (2014 və 2018-ci illərdə) layihələrin məsul icraçısı idi.[1] F. X. Əliyeva 112 elmi əsərin, o cümlədən bir monoqrafiyanın: "Синтетические смазочные масла (структура и свойства)", 10 Azərbaycan Milli və beynəlxalq patentin müəllifidir. F. X. Əliyeva 4 aspirantın və bir maqistrın elmi rəhbəridir. F. X. Əliyeva institutun ictimai həyatında fəal iştirak edir. Hal-hazırda laboratoriya müdirinin müavinidir və Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Birləşmiş Elmi Seminarın üzvüdür.

== Əsas elmi əsərlərin adları ==