Faxtə Zamani

Faxtə Zəmani — insan hüquqları müdafiəçisi və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP)]nin rəhbəri.

Faxtə Zamani
Doğum yeri Təbriz

Həyatı[redaktə | mənbəni redaktə et]

Faxtə Zəmani Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb.

Təbriz şəhərində orta məktəbi bitirdikdən sonra Kanadaya mühacirət edib.

Ottava Universitetində fizika sahəsində təhsil alıb.

Fizika üzrə bakalavr pilləsini bitirdikdən sonra elektronika sahəsində Engineering Specialization in Microwave and wireless ixtisası üzrə mühəndislik fakültəsinə daxil olub.

Təhsilini başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən Ottava və British Columbia Universitetində çalışıb.

Faxtə Zəmani Avropa və Şimali Amerika boyunca müxtəlif forumlarda çıxış edərək, İranda yaşayan 30 milyondan çox Azərbaycan türkünün dil və mədəni hüquqları uğrunda apardığı mübarizə haqqında dünya ictimaiyyətini məlumatlandırmağa çalışır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]