Faxurə məktəbinə aviazərbələr — İsrailin Qəzzə zolağının şimalında, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi (UNRWA) tərəfindən sığınacaq kimi istifadə edilən Cəbəliyyə qaçqın düşərgəsində yerləşən Faxurə məktəbinə iki dəfə həyata keçirdiyi aviazərbə.[1] 4 noyabr 2023-cü ildə İsrailin hava hücumu nəticəsində ən azı 15 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır.[2]
Faxurə məktəbinə aviazərbələr | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | 4 noyabr 2023 |
Birinci aviazərbə4 noyabrda, səhər saatlarında həyata keçirilmişdir. Hücum zamanı məktəbdə minlərlə insan yaşayırdı.[1][3]
Hücum nəticəsində azı 15 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. Ölənlər arasında uşaqlar da var. Fələstin Səhiyyə Nazirliyi daha onlarla insanın yaralandığını bildirmişdir.[1][3]
18 noyabr tarixində, səhər tezdən məktəbə ikinci aviazərbə həyata keçirilmişdir. Hadisə yerində olan jurnalistlər hər yerdə cəsədlər barədə məlumat vermiş, bu zərbənin İsrailin mülki vətəndaşlara Qəzzə zolağının cənubuna qaçması üçün bir mesajı ola biləcəyini irəli sürmüşdülər.[4] "Qətliam" kimi təsvir edilən hadisənin ardınca yayılan videolarda onlarla cəsədin göründüyü bir neçə otaqdan keçən bir adam təsvir edilir.[5] İkinci aviazərbə ən azı 50 nəfərin ölümünə səbəb olmuşdur.[6]