Faylın ölçüsi

Faylın ölçüsi (Ing.file size)– faylın, adətən, baytla ifadə olunan uzunluğu. Diskdə saxlanılan fayl, adətən, iki ölçü ilə xarakterizə olunur: məntiqi və fiziki. Faylın məntiqi ölçüsü onun gerçək ölçüsüdür, yəni onda olan baytların sayıdır. Fiziki ölçü diskdə fayl üçün ayrılmış yaddaşın həcmini göstərir. Fayl üçün sahə klasterlərlə ayrıldığından faylın axırıncı simvolları onlar üçün ehtiyatda saxlanmış klasteri tam doldurmaya bilər. Bu halda faylın fiziki ölçüsü (bütün klasterlərdə olan baytların ümumi miqdarı) onun məntiqi ölçüsündən böyük olur. Buna görə də eyni bir fayl haqqında bəzən tətbiqi proqram və əməliyyat sistemi fərqli ölçülər verir[1].

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]