Fazil Məmmədov (neftçi alim)

Məmmədov Fazil Əliağa oğlu 1930-cu ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra təyinatla işləmək üçün "Gürganneft" trestinə göndərilmişdi. 1968-ci ildə "Dəniz şəraitində açıq fontanların yaranma səbəbləri və onların qarşısının alınması üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə qədər "N.Nərimanov adına" və "Artyomneft" NQÇİ-də usta köməkçisindən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1972-ci ildən bu günə qədər "Dənizneftqazlayihə" İB DNQETLİ-da "Dəniz neft-qaz yataqlarının abadlaşdırılması" şöbəsinin rəhbəri, baş mühəndis müavini, baş mühəndis, direktor müavini işləmişdir. 1980-ci ildən bu institutun baş mühəndisi təyin edilmişdir. 2000-ci ildə "Dəniz yataqlarının məhsulunun yığılması, hazırlanması və nəqlinin nəzəri əsasları və praktiki nəticələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Məmmədov F.A. ADNSU-nin "Neft və qazın nəqli və saxlanması" kafedrasının professorudur. 2007-ci ildən ARDNŞ Neft-qaz Layihə İnstitutunun baş mühəndisi - direktorun I müavinidir.

Fazil Məmmədov
Məmmədov Fazil Aliağa oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Məmmədov F.Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Elmi tədqiqatların sahəsi: dəniz və quru akvatoriyasında neft-qaz yataqlarının işlənilməsi, abadlaşdırılması; platformaların abadlaşdırılmasının texnoloji sxemlərinin işlənilməsi və tətbiqi.

Məmmədov F.Ə. 120-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın, 3 patentin, 13 normativ sənədin müəllifidir. İxtiralara görə 12 müəlliflik şəhadətnaməsi alıb.

Məmmədov F.Ə. "SSRİ Qaz Sənayesinin Fəxri İşçisi", "Azərbaycan SSR-nin Əməkdar Mühəndisi" adlarına layiq görülüb, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri və medallarla mükafatlanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]