Fazil Əliağa oğlu Məmmədov (30 oktyabr 1930, Bakı – 2018, Bakı) — Azərbaycanlı neftçi-alim, texnika elmləri doktoru, professor.
Fazil Məmmədov | |
---|---|
Məmmədov Fazil Əliağa oğlu | |
Doğum adı | Fazil Əliağa oğlu Məmmədov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahələri | Neft-qazçıxarmanın texnika və texnologiyası |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | professor |
İş yeri |
|
Təhsili | Azərbaycan Sənaye İnstitutu (AzSİ) |
Mükafatları |
|
Məmmədov Fazil Əliağa oğlu 1930-cu il oktyabrın 30-da Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra təyinatla işləmək üçün "Gürgənneft" trestinə göndərilmişdir. 1954-1964-cü illərdə "Gürgənneft" trestində operator və usta işləmişdir. 1964-1965-ci illərdə "Pesçanneft"-də müdir, 1965-1968-ci illərdə isə "AZNSETİ"-də laborant işləmişdir. 1968-1972-ci ildə "Dəniz şəraitində açıq fontanların yaranma səbəbləri və onların qarşısının alınması üsulları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ilə illərdə "Serobrovski adına", "N.Nərimanov adına" və "Artyomneft" NQÇİ-lərdə rəis vəzifəsində işləmişdir. 1972-ci ildən "Dənizneftqazlayihə" İB DNQETLİ-da "Dəniz neft-qaz yataqlarının abadlaşdırılması" şöbəsinin rəhbəri, baş mühəndis müavini, baş mühəndis, direktor müavini işləmişdir. 1980-ci ildən bu institutun baş mühəndisi təyin edilmişdir. 2000-ci ildə "Dəniz yataqlarının məhsulunun yığılması, hazırlanması və nəqlinin nəzəri əsasları və praktiki nəticələri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2007-ci ildən ARDNŞ Neft-qaz Layihə (20.6.2009-cu ildən "Neftqazelmitədqiqatlayihə")[1] İnstitutunun baş mühəndisi - direktorun I müavini, 2008-2013-cü illərdə direktorun layihələr üzrə müşaviri olmuşdur. 2013-cü ildə yaşa görə işdən azad olunub.
Məmmədov F.Ə. ADNSU-nin "Neft və qazın nəqli və saxlanması" kafedrasının professoru olmuşdur.
Ailəli olub. Bir övladı var.
Məmmədov Fazil Əliağa oğlu 2018-ci ildə vəfat etmişdir.
Məmmədov F.Ə. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Elmi tədqiqatların sahəsi: dəniz və quru akvatoriyasında neft-qaz yataqlarının işlənilməsi, abadlaşdırılması; platformaların abadlaşdırılmasının texnoloji sxemlərinin işlənilməsi və tətbiqi.
Məmmədov F.Ə. 120-dən artıq elmi məqalənin, 1 monoqrafiyanın, 3 patentin, 13 normativ sənədin müəllifidir. İxtiralara görə 12 müəlliflik şəhadətnaməsi alıb.
Məmmədov F.Ə. "SSRİ Qaz Sənayesinin Fəxri İşçisi", "Azərbaycan SSR-nin Əməkdar Mühəndisi" adlarına layiq görülüb, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri və medallarla mükafatlanmışdır.