Fedçenko kəklikotusu

Fedçenko kəklikotusu (lat. Thymus fedtschenkoi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iii,iv,v).

Fedçenko kəklikotusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Arealı[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın mərkəzində geniş yayılmışdır. Azərbaycanda arealı dardır. Azərbaycan daxilində Kiçik Qafqazda bitir. Yuхarı dağ zоlaqlarında, daşlıq yamaclarda rast gəlinir.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qısa, sürünən zoğları olan, çox alçaq yarımkolcuq-dur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, təxminən eyni ölçülü, yumurtavari, uzunluğu 4-5 mm, eni 2,5-3 mm, çılpaq, sıx nöqtəli-vəzicikli, kənarları uzun tükcüklüdür; yan damarcıqları iki cüt, qalındır. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın uzunluğu 3,5-4 mm, zəngvari, üstü çılpaqdır; yuxarı dişcikləri çox qısa, üçküncdür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıx, nöqtəli-vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

İstifаdəsi[redaktə | mənbəni redaktə et]

Efir yağlı, fitonsid xüsusiyyətə malik bitkidir. Yarpaqlarında yeyinti sənayesində ədviyyat kimi istifadə edilir.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi[redaktə | mənbəni redaktə et]

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]