Felyanlar — Böyük Fransa inqilabı dövründə Parisdə yaradılmış siyasi klubun üzvləri. Adı, iclaslarını keçirdikləri yerlə Felyan monastırı ilə bağlıdır. Yakobin klubunun tərkibindən çıxmış konstitusiyalı-monarxiya tərəfdarlarından və liberal zadəgan nümayəndələrindən ibarət idilər.
Felyanlar | |
---|---|
Quruluş tarixi | 18 iyun 1791 |
İdeologiya | konstitusiyalı monarxiya, mühafizəkarlıq |
İdeoloji spektr | mərkəzçilik, mərkəz sağ |
Vikianbarda əlaqəli mediafayllar |
1792-ci il 10 avqustda Monarxiya devrildikdən sonra fəaliyyətlərinə son qoyuldu.