Femyo adası

Femyo adası (dan. Femø) — Baltik dənizində, Danimarkaya məxsus olan ada. Lollann adasından şimalda yerləşir. Adanın sahəsi 11,38 km², əhalisi isə 147 nəfər təşkil edir (2009). İqlimi mülayim dəniz tipidir. Qışı qısa, yayı isə sərin keçir. 1971-ci ildən etibarən adanın şimal-şərqində beynəlxalq qadın düşərgəsi təşkil edilir.

Femyo adası
dan. Femø
Ümumi məlumatlar
Sahəsi 11,38 km²
Hündür nöqtəsi 22 m
Əhalisi 147 nəfər (2009-cu il)
Yerləşməsi
54°58′ şm. e. 11°33′ ş. u.HGYO
Ölkə  Danimarka
Femyo adası xəritədə
Femyo adası
Femyo adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaxınlığında yerləşən kiçik adalar: Feyyo, Askyo.