Fender — ABŞ-də yerləşən və dünya miqyasında çox məşhur bir gitara istehsalçısı şirkətdir. Əsası 1946-cı ildə Leo Fender tərəfindən qoyulmuşdur.
Fender | |
---|---|
Fender | |
Ümumi məlumatlar | |
Tipi | Şəxsi şirkət |
Sənaye | Musiqi alətləri |
Məhsulları | simli musiqi aləti, Gücləndirici, bas-gitara |
Təsis tarixi | 1946 |
Baş qərargahın yeri | Arizona, ABŞ |
Struktur | |
İşçi sayı |
Squier Gretsch Jackson Guitars Charvel Hamer Guitars Ovation guitar Takamine Guitars Tacoma |
Rəhbərlik | |
Təsisçilər |
Lari Tomas Ceyms Bronin |
Fender.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1950-ci ildə bir maqnitli Fender Esquire adlı elektrik gitaranı istehsal edən firma 1951-ci ildə həmin gitaranı modifikasiya edərək iki maqnitli Fender Broadcaster ilə əvəz edirlər. Sonradan bu gitaranın adı Telecaster olaraq dəyişdirilmişdi və bu gün həmin gitara peşəkar musiqiçilər arasında ən məşhur gitaralardan biridir. Elə həmin il ilə Leo Fender tarixdə ilk Fender Precision Bass bas-gitarasını ixtira edir və 1952-ci ildən bu gitaranın istehsalına başlanır. Bu gitara hal-hazırda bir çox musiqiçilər və istehsalçılar üçün bas-gitaranın etalonu hesab olunur.
1954-cü ildə Fender öz əfsanəvi Stratocaster gitarasını istehsal edir və bu gitara musiqi dünyasında bir növ inqilab edir. Bu gitaranın forması bir müddət gitara istehsalının tendensiyalarının gedişatını da müəyyən edir. Sonrakı illər Stratocaster'in modifikasiya olunmuş bir neçə modeli hazırlanır və əksəriyyəti indi də istehsal edilir.
1987-ci ildə Fender şirkəti, Los-Ancelesdən 180 mil uzaqlıqda, Meksikanın Ensenade şəhərində bir fabrik açır. Həmin fabrikdə ucuz qiymətə satılan gitaraların standart modellərinin istehsalına başlanır. Amerika zavodundakı yüksək keyfiyyətli və bahalı modellərin istehsalını şirkət Fender Custom Shop işinə başlayır. Şirkət sifarişli gitaraların və məşhur musiqiçilərin gitaralarının imzalı modellərinin istehsalına başlayır
1991-ci ildə şirkətin yaradıcısı Leo Fender Parkinsonun xəstəliyi səbəbi ilə dünyasını dəyişir.
2006-cı ildə Fender öz 60 illiyini qeyd etdi. 2007-ci ilin oktyabrında Fender və Kaman şirkəti elan etdi ki, Fender 117 milyon dollar qarşılığında Kaman Music Corporation-u əldə edib.