Feneketlen gölü

Feneketlen gölü (mac. Feneketlen-tó) — Macarıstandakı süni göl[1]. Budapeştin 11-ci rayonunda yerləşir. Uzunluğu 200 m, maksimal eni 40 m-dir. Sahilləri düzəldilmişdir. İnsanlar arasında məşhurdur.

Feneketlen gölü
mac. Feneketlen-tó
Ümumi məlumatlar
Eni 0,04 km
Uzunluğu 0,2 km
Sahəsi 16,68 km²
Orta dərinliyi 4-5 m
Yerləşməsi
47°28′36″ şm. e. 19°02′29″ ş. u.
Ölkə  Macarıstan
Rayon
Feneketlen gölü xəritədə
Feneketlen gölü
Feneketlen gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan dilinə tərcümədə gölün adı "dibsiz" deməkdir.

Feneketlen gölü bir kərpic fabrikinin su basmış gil ocağıdır. O 1877-ci ildə meydana gəlmişdir. 20-ci əsrin əvvəllərində göl ətrafı ərazilər bir çöllük idi və burada heç bir fəaliyyət yox idi. Göl ətrafındakı ərazinin inşası 1912-ci ildə Budaya gələn Sistersian rahibləri məskunlaşdıqdan sonra başladı. Rahiblər üçün memar Qyula Velder göl ətrafı ərazidə kilsələr, monastırlar və məktəblər ansamblı inşa etdi. Bunlardan Müqəddəs İmrənin kilsəsi və Müqəddəs İmrənin gimnaziyası hələ də göl yaxınlığında qalır. 1980-ci illərdə göldəki suyun keyfiyyətinin pisləşməsi səbəbi ilə orada süni su dövranı təşkil edilmişdir. Gölün ətrafındakı park 1958–1960-cı illər arasında inşaat işlərinə də nəzarət edən Mixaya Meşeninin planına uyğun olaraq inşa edilmişdir. Park qismən sosial iş üzərində qurulub.

20-ci əsrdə göl qamışlarla bürüdü, bir sədd ilə mühasirəyə alındı, gölə balıq gətirildi və sahil boyunca kiçik balıqçılıq sahələri salındı. Bununla belə balıq ovu 2010-cu ildən bəri qadağan edilmişdir. Ancaq göl və ətrafındakı park hələ də məşhur bir istirahər yeri olaraq qalır.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Göl yaxınlığında gəzinti edə biləcəyiniz rahat bir park var. Əraziyə xüsusi tarixi ruh verən bir neçə qədim abidə də mövcuddur. Yaxınlıqda kafe və oyun meydançaları vardır. Göldəki ördəklər ziyarətçilərə çoxdan öyrəşmişlər. Buna görə heç sahilə yaxın üzməkdən və turistlərin onlara təklif etdiklərindən ləzzət almaqdan çəkinmirlər. Feneketlen xüsusilə yay istisində turistlər arasında ən çox sevilən yerlərdən biridir. Bundan əlavə göl bu gün məşhur bir şəhər balıqçılıq ərazilərindəndir.

  1. "Feneketlen Lake - WeLoveBudapest.com". welovebudapest.com. 25 June 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 June 2017.