Fenitlər — qələvi və ya qələvi-ultraəsasi süxur massivlərinin qranitli-qneys, arkozlu qumdaşları və başqa kvars-çöl şpatlı süxurlarla kontaktında fenitləşmə prosesi nəticəsində əmələ gələn ekzokontakt qələvi metasomatitlər. Fenitlər avtometamorfizm və kontakt metomorfizm proseslərini müşayiət edən, əsasən natrium metasomatizminin məhsulu olub, piroksen — çöl şpatı və ya qələvi amfibollu, apatitli və titanlı nefelin-piroksen (egirin) çöl şpatı süxurlarından ibarətdir.
Fenitlər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |