Fermilab — ABŞ-də yaradılmış, Çikaqo yaxınlığında yerləşən hissəciklər fizikası laboratoriyasıdır. 1967-ci ildə əsası qoyulmuş, 1974-cü ildə Nobel mükafatı laureatı Enriko Ferminin şərəfinə adlandırılmışdır. Dünyanın ən böyük enerji fizikası laboratoriyası CERNdən sonra ikinci ən iri hissəcik sürətləndirici laboratoriyadır.