Feromonlar

[1]Feromonlarheyvanların ifraz etdiyi xüsusi maddələrdir.

Ümuni məlumat

[redaktə | mənbəni redaktə et]

Həmin maddələr əvvəllər ektohormon, indi isə feromon adlanır. İnsanlar arasında ünsiyyət görmə və danışıq vasitəsi ilə olduğu halda, məməlilər və xüsusilə kiçik orqanizmlərdə bir-biri ilə əlaqə saxlamaq məhz feromon adlanan kimyəvi maddələr ifraz etməklə mümkün olur. Əksər heyvanlar ətraf mühitə feromonlar ifraz edir. Bu isə eyni növdən olan heyvanların bir-biri ilə əlaqə saxlamağına imkan verir.

Feromonların növləri

[redaktə | mənbəni redaktə et]

Feromonlar iki cür olur və bir-birindən fərqlənir:

  1. İfraz edilən feromonlar (relizerlər)
  2. Həyacanlandırıcı feromonlar (praymerlər).

İfraz edilən feromonlar (relizerlər) – heyvanların davranışında tez dönən dəyişiklikləri törədir. Həyacanlandırıcı feromonlar (praymerlər) – resipientlərdə uzunmüddətli fizioloji dəyişikliklərə səbəb olur. Heyvanların cütləşməsi dövründə erkəkləri cəlb etmək üçün dişilər xüsusi feromon ifraz edir. Feromonlar çox az qatılıqda və böyük məsafədə (3 km-ə qədər) fəallıq göstərir.

Feromonların tərkibi

[redaktə | mənbəni redaktə et]

Feromonlar kütləsi 300-ə çatan heç də mürəkkəb olmayan quruluşa malik birləşmələrdir. Onların molekulunda aldehid, hidroksil və mürəkkəb efir, epoksi qrup və ikiqat əlaqə olur. Ümumiyyətlə, feromonlar 3 sinif üzvi maddələri əhatə edir:

  1. Doymuş spirtlər və onların efirləri
  2. Alifatik turşular
  3. Terpenəoxşar birləşmələr

Feromonlar haqqında məlumatlar o qədər də çox deyil. Ona görə onların quruluşunu tam dəqiqləşdirmək çətindir. Məsələn, izomilasetat işçi arılar üçün həyəcan feromonu rolunu oynayır və banan iyi verir. Feromonların ən sadə nümayəndəsi qeranioldur. Qeraniol monoterpenlərə aid olub qızılgülün tərkibində olur. Məhz buna görə də qeraniol işçi arılar üçün cəlbedici feromondur. Qida mənbəyi axtaran arı qeraniol ifraz edir və bununla da işçi arıları özünə cəlb edir. İşçi arıları cəlb etmək üçün ikinci cəlbedici feromon sitraldır. Digər tip feromonlara həyəcan feromonları aiddir. Məsələn, qarışqalar təhlükə ilə üzləşdikdə, özlərindən həyəcan feromonu ifraz edir. Bu isə yaxınlıqda olan qarışqalar üçün xəbərdarlıq olur. Arılar üçün cəzbedici feromon olan sitral qarışqalar üçün həyəcan feromonu rolunu oynayır. Dendrolazin maddəsi də qarışqalar üçün həyəcan feromonudur. 1988-ci ilə qədər 450 növ həşərat feromonu öyrənilmişdir. Digər heyvanlar üçün də cinsiyyət və həyəcan feromonu fərdi halda araşdırılmış və quruluşu təsdiq edilmişdir. Məsələn, çöl donuzunun cinsiyyət feromonunun quruluşu müəyyənləşdirilmişdir. Tut yarpağını ipəyə çevirən dişi barama qurdunun ifraz etdiyi feromon bombikol adlanır. Onun təyin edilməsi işinə Butenant 10 il sərf edərək, 1959-cu ildə öz tədqiqatlarını başa çatdırmışdır. Bu məqsədlə 500 min dişi barama qurdunun cinsiyyət vəzisindən istifadə edilmiş və cəmi bir neçə milliqram bombikol ayrılmışdır.

Feromonların tətbiqi

[redaktə | mənbəni redaktə et]

Bəzi feromonlar ziyanverici həşəratlarla səmərəli mübarizədə geniş istifadə olunur. Məsələn, pambığın səpinində, bağçılıqdameşə təsərrüfatında bu üsuldan geniş istifadə edildikdə insektisidlərin sərfini azaldır. Çünki, insektisiddən istifadə edildikdə, ziyanverici həşərat ilə bərabər lazımlı həşəratlarda məhv edilir. Feromonun köməyi ilə ziyanvericilərin sayı müəyyənləşdirilir. Bunun üçün xüsusi polimer lifindən hazırlanmış qutuya feromon və insektisid yerləşdirilir və bununla da həşəratların sayı müəyyənləşdirilir. Hazırda AÇŞ sənayesi həşəratlarla mübarizə etmək üçün 36 növdən artıq feromon istehsal edir.

  • Məhərrəmov A. M., Allahverdiyev M. Ə. Bioüzvi kimya. Dərs vəsaiti. Bakı, Çaşıoğlu, 2009.-384 səh.
  1. Məhərrəmov A. M., Allahverdiyev M. Ə. Bioüzvi kimya. Dərs vəsaiti. Bakı, Çaşıoğlu, 2009.-384 səh.