Ferrer Bassa

Ferrer Bassa (kat. Ferrer Bassa; d. 1285 — ö. 1348) — katalan qotika rəssamı və miniatüristi.

Ferrer Bassa
kat. Ferrer Bassa
Büstü.
Büstü.
Doğum tarixi
Doğum yeri Les Qunyoles
Vəfat tarixi
Vəfat yeri Barselona
Vəfat səbəbi taun
Milliyyəti katalan
Fəaliyyəti rəssam, müzəhhib[d]
Stil qotika
Təsirlənib Cotto, Duçço di Buoninsenya və Ambroco Lorensetti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaradıcılığı XIV əsrə düşür. İki sənədə görə Bassa Sidjes şəhərində iki kapella üzərində işləyirmiş. On il sonra Araqonlu IV Alfons üçün işləməyə başlamışdır və "Barselonanın adətləri""Kataloniya kostyumları" əlyazmaları üçün fransız və Siena təsiri altında miniatür əsərlər hazırlamışdır. Onun fəaliyyəti Araqonlu IV Pedronun hakimiyyəti dövründə artmışdır. 1344-cü ildə Barselona kral kapellasında "İsa və Bakirə" əsərini tamamlamışdır.

Günümüzə qədər çatan əsas işi Pedralbes monastırındakı Müqəddəs Mixael kapellasındakı divar rəsmləridir. Bu əsərə 20 səhnə daxildir və iki mövzuya əsaslanır: "İsanın nəfsi""Bakirənin yeddi əzabı". Bu əsərlərdə Cotto, eləcə də Duçço di Buoninsenya və Ambroco Lorensetti kimi sənətkarların təsirini görmək olar.

Ferre Bassa Böyük Kanterberi psalterindəki katalan fazasındakı rolu ilə fərqləndirilir. Bassanın digər əsərlərinə Belpuç qəsəbəsinin kilsəsindəki "Bakirənin tacqoyma mərasimi" və Vik şəhərinin muzeyindəki "Müqəddəs Bernard" aid edilir. Oğlu Arnau Bassa da rəssam olmuşdur və atası ilə birlikdə bir neçə iş işləmişdir. Hər ikisi də taun xəstəliyi səbəbi ilə 1348-ci ildə ölmüşdürlər.

Bəzi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Lafuente Ferreri, E. Historia de la pintura española (Spanish). Biblioteca Básica Salvat.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]