Ferroelektriklər

Ferroelektriklər Ferroelektriklər müəyən temperatur intervalında spontan polyarizasiyaya malik mono və polikristallik polyar dielektriklərdir . Piroelektriklərin bir növüdür. Xarici elektrik sahəsinin, gərginliyin və ya temperatur dəyişkənliyinin təsiri ilə ferroelektrikilərdə spontan polyarizasiyanın ölçüsü və istiqaməti, mexaniki, optiki və termal xüsussiyyətləri dəyişir. Ferroelektriklərin strukturu eyni sahə daxilində tək yönlü polyarizasiya malik olan bölgələr – domenlərin mövcudluğu ilə xarakterizə olunur. Bu halda nümunənin ümumi polyarizasiyası sıfır ola bilər. Domen strukturu kristalların simmetriyasından asılıdır və çox zaman onların qüsurlarının təbiəti və paylanma xarakteri ilə bağlıdır. Yüksək gərginlikli xarici elektrik sahəsinin təsiri polyarizasiyanın kəskin artması ilə nəticələnir. Orientasiya prosesi ferroelektriklərin kristallik quruluşunun dəyişməsi ilə müşayiət olunur. Baxmayaraq ki, enerji baryeri nisbətən kiçikdir. Polyarizasiyanin artması dielektrik nüfuzluluğunun, istilikkeçirmənin termiki genişlənmə əmsalının dəyişməsinə gətirib çıxarır. Ferroelektriklərdə polyarizasiyanın elektrik sahəsinin gərginliyindən asılılığı qeyri-xətti olur, histerezis ilgəyi formasındadır. Müəyyən temperaturdan (Küri nöqtəsi NK) yuxarı qızdırdıqda ferroelektriklərin spontan polyarizasiyası yox olur. Bu nöqtədə ferroelektrik polyar fazadan qeyri-polyar fazaya keçir. NK oblastında temperatur asılılğı maksimuma çatır və qalıq polyarizasiya sıfıra bərabər olur. Ferroelektrik xassələr ilk dəfə KNaC4H4O6 •H2O, daha sonra KH2PO4 kalium dihidrofosfat ferroelektrik duzunun kristallarında aşkar edilmişdir. Yüzlərlə ferroelektiklər məlumdur. Monokrisatallik ferroelektrikləri məhlulların, ərintilərin, qaz və buxar fazasının monokristalların hazırlanma metodu ilə, keramik ferroelektrikləri keramika texnologiyası ilə əldə edirlər. Ferroelektriklər polyarizə halında yüksək piro və pyezoelektrik xassələri ilə fərqlənir. Elektroakustik , elektromexanik çeviricilərdə , gecə görmə qurğularında və s. praktiki tətbiqini tapmışdır.

  1. Желудев И.С., Основы сегнетоэлектричества, М., 1973
  2. Сивухин Д. В. Общий курс физики. — М.: Наука, 1977. — Т. III. Электричество. — 688 с.
  3. М. Лайнс, А. Гласс. Сегнетоэлектрики и родственные им материалы. М.: Мир, 1981.
  4. Б. А. Струков, А. П. Леванюк. Физические основы сегнетоэлектрических явлений в кристаллах. М.: Наука, 1995.
  5. Г. А. Смоленский "Новые сегнетоэлектрики и антисегнетоэлектрики"