Fertillik Qorunması

FERTILLIK NƏDIR?[redaktə | mənbəni redaktə et]

  • Fertillik (münbitlik) bir qadının hamilə qala bilməsi üçün tibbi şərtdir. Xərçəng müalicəsinin bəzi növləri qadınlar sonradan hamilə qalmasına çətinləşdirə bilər.
  • "Fertillik qorunması", xərçəng müalicəsindən əvvəl və ya xərçəng müalicəsi zamanı qadının gələcəkdə hamilə qalma şansını artırmaq üçün görülən təbirlərdir.
    [1]

XƏRÇƏNG MÜALICƏSI SONSUZLUQ YARADA BILƏRMI?[redaktə | mənbəni redaktə et]

Fertillik üçün problem yarada bilən xərçəng müalicələrinə aşağıdakilar daxildir:

  • Cərrahi müalicə — uşaqlığı və/ və ya yumurtalıqları çıxarılması;
  • Radioterapiya — çanaq nahiyəsində yüksək dozada şüa mualicəsi;
  • Kimyaterapiya -xərçəng hüceyrələri öldürmək məksədilə dərmanların işlədilməsi. Kimyaterapiya və radiasiya yumurtalıqlara zərər vuraraq, tərkibində olan yumurta hücrələrini məhv edə bilər. Nəticədə, qadının aybaşı sikli düzənsiz və ya tam kəsilə bilər. Kimya- və ya radioterapiya ilə mualicə olunmuş hər kəsdə fertillik problemləri olmur. Kimyaterapiyada, bu hansı dərmanların işlədilməsindən və onların dozasından asılıdır. Radioterpiyada da hər şey doza və bədən nahiyyəsinə bağlıdır.

GƏLƏCƏKDƏ HAMILƏ QALMAQ ISTƏYIRƏMSƏ NƏ ETMƏLIYƏM?[redaktə | mənbəni redaktə et]

Siz xərçəng müalicəsi başlamaqdan əvvəl həkiminizə gələcək planlarınızı bildirməlisiz! Bəzi hallarda, fertilliyə daha az zərər vuran müalicə mövcud ola bilər.

FERTILLIYI QORUMAQ ÜÇÜN BAŞQA YOLLAR VARMI?[redaktə | mənbəni redaktə et]

Fertilliyi qorumaqda kömək edə bilən müxtəlif metodlar mövcuddur (Sxem 1)[2]

Yetkin qadınlar üçün daha geniş seçim mövcuddur. Bunlardan:

  • Embrion dondurulması (evlidirsə) — ən köklü metod olmaqla, yumurtalıq stimullaşdırılmasını, yumurtalar topladıqdan sonra laboratoriyada sperma ilə mayalanmsını və sonradan embrionların dondurulmasını və saxlanılmasını nəzərdə tutur.
  • Yumurta hüceyrəsinin dondurulması (mayalanmadan) – yetkin qadın və qızlar üçün mövcud olan başqa bir variantdır. Yumurtalar toplandıqdan sonra dondurularaq saxlanır.
  • Yumurtalıq toxumasının dondurulması–yeni və hələ də eksperimental sayılan bir metoddur. Xərçəng müalicəsindən öncə, yumurtalıq stimullaşdırılmasına vaxt məhdudluğu zamanında, istifadə oluna bilər.

Radioterapiya zamanı, yumurtalıqların və uşaqlığın bədən xaricindən geyinilən xüsusi qalxan ilə qorunmasıda mümkün ola bilən üsuldur. Çanaq nahiyəsində radioterapiya mualicəsi planlaşdırılan xəstələrdə, yumurtalıqların radioterapiyadan əvvəl, cərrahi üsulla, çanaqdan uzaqlaşdırılması (transpozisiya) istifadə oluna bilər.

Xərçəngin mualicəsi ilə əlagədar yarana biləcək sonsuzluqdan qorunmaq üçün, ən sadə yanaşma, təbii ki, farmakoloji müdaxilə ola bilərdi, fəqət bu gün üçün isbat edilmiş, güclü elmi sübutu olan dərman müalicəsi mövcud deyil. Gələcəkdə, kimyaterapiyanın yumurtalığa zərərinə cavabdeh olan mexanizmlərin tapılması ilə, farmakoloji müdafiə üsulları da inkişaf edə bilər.

FERTILLIK QORUNMASI ÜÇÜN ƏN YAXŞI SEÇIM NƏ OLAR?[redaktə | mənbəni redaktə et]

Fertilliyi qorumaq üçün ən yaxşı metod xərçəng növündən, müalicə planından, yaş və fərdi vəziyyətinizdən asılıdır. (Müxtəlif seçimlər haqqında həkiminizlə məsləhətləşmək vacibdir!)

QƏRAR QƏBUL EDƏNDƏ, NƏLƏRI DÜŞÜNMƏK LAZIMDIR:[redaktə | mənbəni redaktə et]

  • Konkret metodun müavinət və əskiklikləri nədir?
  • Metodu tədbiq etmək üçün yetərli vaxt varmı? (Misal üçün, embrion dondurulmasına bir neçə həftə lazım olur, bu da xərçəng mualicəsini gecikdirə bilər).
  • Sizin həkiminiz metod haqqında nə düşünür?
  • Konkret metodun maliyyə tərəfi (metod üçün toplam pul miqdarı, tibbi sığortanın ödəmə imkanları və s.)

XƏRÇƏNG MUALICƏSINDƏN SONRA HAMILƏ QALMAM MÜMKÜN OLMAZSA, NƏ EDƏ BILƏRƏM?[redaktə | mənbəni redaktə et]

Hamilə qalmaq mümkün olmadıqda, alternativ seçimlər var:

  • Donor yumurtasından istifadə edilməsiərək, əldəedəbilərsiniz.
  • Başqa bir qadının sizin üçün hamiləlik keçirməsi mümkün ola bilər. Təəssüf ki, yuxarıda saydalanan hər iki yol Azərbaycan qanunvericiliyində hələ də tənzimlənməyib. Sizin, belə halda, tək leqal seçiminiz — uşaq evindən uşaq götürməkdir.

Sxem 1[redaktə | mənbəni redaktə et]

Cinsi yetkin olan və olmayan qadınlar üçün fertilliyi qorumaqda kömək edə bilən metodlar.

Cinsi yetkin olan və olmayan qadınlar üçün fertilliyi qorumaqda kömək edə bilən metodlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Loren AW, Mangu PB, Beck LN, et al. Fertility preservation for patients with cancer: American Society of Clinical Oncology clinical practice guideline update. Journal of clinical oncology : official journal of the American Society of Clinical Oncology. Jul 1 2013;31(19):2500–2510.
  2. Babayev SN, Arslan E, Kogan S, Moy F, Oktay K. Evaluation of ovarian and testicular tissue cryopreservation in children undergoing gonadotoxic therapies. Journal of assisted reproduction and genetics. Jan 2013;30(1):3–9.