Fiber optika, lif optikası (ing. fiber optics) – işıq şüasının optik lifdən olan xətlərlə ötürülməsi üsulu. İşıq şüasını (məsələn, lazer şüasını) elə modullaşdırmaq olar ki, o, informasiya daşısın. İşıq elektromaqnit şüalanmasının bir formasıdır, həm də onun elektromaqnit spektrində tezliyi, informasiyanın ötürülməsi üçün istifadə olunan digər şüalanma növləri ilə (məsələn, radiodalğalarla) müqayisədə yuxarıdır. Buna görə də bir fiber optik kanal digər rabitə vasitələrinin əksəriyyətindən xeyli çox informasiya daşıya bilər. Optik lif şüşədən və ya başqa şəffaf materialdan hazırlanmış çox nazik sapdır; bir kabel onlarla və ya yüzlərlə belə saplardan ibarət olur. Fiber optik xətlər elektromaqnit maneələrə qarşı çox dayanıqlıdır[1].
Fiber optik texnologiyasnın əsası – işığın sınma qanununa əsaslanır[2]. Yəni 2 mühit arasında sıxlıq fərqi və işığın sınma bucağı kifayət qədər böyükdürsə işıq şuası aşağı sıxlıqlı mühitə keçməyərək geri əks edir. Bu sadə prinsipdən istifadə edərək keçirici bir şüşə plastik fiber xəttinin ətrafına daha aşağı sınma əmsalına malik örtük çəkdikdə işıq şüası fiber xəttdən kənara çıxa bilmir və fiber optik xəttin daxilində onun divarları boyunca əks olunaraq irəliləyir
Fiber optik kabelin quruluşuna baxsaq, ən daxildə şüşə və ya plastikdən hazırlanmış borunu görərik. Bu borunun üzərində daha aşağı sınma əmsalına malik materialdan təbəqə vardır. Bir az əvvəl dediyimiz kimi işıq şüası şüşə borunun daxilində irəliləyir. Süşə borunun üzərindəki təbəqənin sınma əmsalı şüşə borunun sınma əmsalından aşağı olduğu üçün işıq şüası kənara çıxa bilmir və şüşə boru boyunca irəliəyir.
Bu iki təbəqə işıq şüasının irəliləməsi üçün kifayətdir. Amma kənar fiziki təsirləri nəzərə alaraq bundan əlavə təbəqələr ilə də fiber optik xətt örtülür.