Film Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun yaradıcılığına həsr olunmuşdur. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir. Kino əsərinə "Sevil" operasından, "Min Bir Gecə" baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun xatirələri daxil edilmişdir.
Fikrət Əmirov | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Cahangir Zeynallı |
Ssenari müəllifi | Ayaz Vəfalı |
Operatorlar |
Tofiq Sultanov Şərif Şərifov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1985 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1985 |
Texniki məlumatlar |
2 hissə 540 metr 35 mm |
Rəng | rəngli |