Fikrət Məmmədov (kimyaçı)

Fikrət Ələsgər oğlu Məmmədov (9 avqust 1938, Kirovabad) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, neft-kimya ixtisası üzrə elmlər doktoru.

Fikrət Məmmədov
Fikrət Ələsgər oğlu Məmmədov
Doğum tarixi 9 avqust 1938(1938-08-09) (86 yaş)
Doğum yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi neft-kimya ixtisası üzrə elmlər doktoru
Elmi adı
İş yeri

Fikrət Ələsgər oğlu Məmmədov 1938-ci il avqustun 9-da Gəncə şəhərində tanınmış pedaqoq alim Məmmədov Ələsgər Səməd oğlunun ailəsində doğulmuşdur. 1955-ci ildə Gəncə şəhər 6 saylı orta məktəbi bitirdikdən sonra, həmin ildə Gəncə Pedaqoji İnstitutunun kimya fakultəsinə daxil olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1962-ci ildə Az.EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prossesləri İnstitutunun aspiranturasına qəbul olmuşdur.

1964-cü ildə Az.EA NKPİ-da kiçik elmi işçi vəzifəsində işləmişdir.

1965-ci ildə yeni yaradılmış Az.EA Aşqarlar Kimyası İnstitutuna keçərək orada kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır.

1988-ci ildən indiyədək "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların sintezi və tədqiqi" laboratoriyasına rəhbərlik edir.

1966-cı ildə kimya elmləri namizədi dərəcəsini almaq üçün "Alkilfenolların fosforlu törəmələrinin sintezi və sürtkü yağlarına əlavə kimi tədqiqi" mövzusunda namizədlik dissertasiyasını, 1991-ci ildə isə "Fenol və merkaptofenolların törəmələrinin alınması, sürtkü yağlarına aşqar və korroziya inhibitorlarının yaradılması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1992-ci ildə "Neft-kimya" ixtisası üzrə professor adına layiq görülmüşdü.

Elmi istiqaməti

[redaktə | mənbəni redaktə et]

Professor F.Ə. Məmmədovun əsas elmi istiqaməti müxtəlif əvəzli fenol və oksitiofenollar əsasında azot, kükürd və fosfor saxlayan törəmələrin sintezi və onların metalları korroziyadan qoruyan inhibitor, dərin neft və qazçıxarma işlərinin mexaniki struktur göstəricilərini nizamlayan reagent və sürtkü yağlarına aşqar kimi tətbiqinə həsr edilmişdir.

Onun rəhbərliyi ilə müxtəlif mühitlərdə korroziyanın qarşısını alan inhibitorların yaradılması sahəsində sistematik elmi-tədqiqat işləri aparılaraq, sintez edilmiş birləşmələrin quruluşu ilə onların effektivliyi arasında müəyyən qanunauyğunluq əldə edilmişdir. Aparılan tədqiqatlar nəticəsində neft quyularında istifadə edilən polad məmulatların hidrogensulfid və karbon qazının təsirindən korroziyaya uğramasının qarşısını almaq üçün ИКИПГ, ББФ, АК-3, ИКЛаб və başqa aşqarlar işlənib hazırlanmış və sənayedə istehsal edilərək "Türkmənqaz", "Orenburqqaz", "Saratov", "Neft daşları" və s. şəhərlərdə qaz hasil edən mədənlərdə müvəffəqiyyətlə sınaqdan çıxaraq, xalq təsərrüfatında külli miqdarda vəsaitin qənaət edilməsinə səbəb olmuşdur.

Aparılan elmi-tədqiqat işləri əsasında sənayedə öz tətbiqini tapan və tətbiqə tövsiyə olunan bir sıra yüksək keyfiyyətli yeni aşqar, korroziya inhibitoru və dərman preparatları əldə olunmuşdur. BBF (Bisfenolun barium duzu) – yağların oksidləşməyə davamlılığını artırır. Bu birləşmə həm fərdi, həm də kompozisiya şəklində yüksək təsirə malik aşqar kimi tətbiq üçün tövsiyə edilmişdir. ИХП-401 – motor yağlarına çoxfunksiyalı, yüksək effektli külsüz aşqardır, o aldehidlərin merkaptosirkə turşusunun efirləri ilə reaksiyası nəticəsində alınmışdır. Həmin aşqar hətta ən aşağı qatılıqda (0,1–0,5%) 140 və 2000C-də yağlarda korroziyanın, çöküntünün əmələ gəlməsinin və yağın qatılaşmasının qarşısını alır.

ИК ЛАБ-4 – turş qatranın ammonium duzunun suda məhlulundan ibarətdir. Reagent istehsal tullantıları olan turş qatran (M-11 mühərrik yağının sulfolaşma prosesinin tullantısı) və qələvi qalığı (T-1 dizel yanacağı istehsalının tullantısı) qarışığının ucuz xammal – ammonyaklı su ilə neytrallaşmasından alınır və neftqazmada istifadə olunan məhlulların struktur-mexaniki xassələrinin tənzimlənməsində istifadə olunmuşdur.

ИК ИПГ – inhibitoru neft və qazçıxarma sənayesində yeraltı avadanlıqların turş mühitdə korroziyaya uğramasının qarşısını almaq üçün istifadə olunur.

AK-3 – əsas etibarı ilə su dövriyyəsi olan sistemdə istifadə edilir, həmçinin xlorsuz mühitdə duzçökmənin və bioörtülmənin qarşısını alır. Bu maddə Saratov şəhərində yerləşən "Nitron" zavodunda yoxlanılmış və sənayedə tətbiq olunmuşdur.

Aminofen – xloramin dezinfektantdan 4–5 dəfə effektlidir və 6 dəfə aztoksikidir. Aminofen yağlayıcı soyuducu mayelərin (YSM) biozədələnməsinin qarşısını alır, onların dəyişmə müddətini artırır və Vazin biosidindən 2–3 dəfə effektlidir. Bundan əlavə, o, yüksək inhibitor xassəsinə malikdir. Aminofen su-dövri sistemlərdə istifadə olunan hipoxloriddən 2 dəfə effektlidir. Aminofenin dezinfektant və antiseptik kimi tibbdə, veterinariyada və neft-kimya sənayesində universal biosid qismində tətbiqi tövsiyə olunmuşdur.

F.Ə. Məmmədovun 4 müəlliflik şəhadətnaməsi istehsalatda tətbiq edilmişdir. O, 173 elmi əsərin, o cümlədən 5 patent və 46 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Professor F.Ə. Məmmədovun rəhbərliyi ilə 5 elmlər namizədi hazırlanmışdır. Onun 11 elmi-tədqiqat işinin nəticəsi Respublika Mendeleyev cəmiyyəti tərəfindən mükafatlandırılmışdır. 2 Elmi elmi-tədqiqat işinin nəticəsi MDB çərçivəsində gümüş və bürünc medala layiq görülmüşdür. 1987-ci ildə F.Ə. Məmmədov "Əmək ixtiraçı" medalına layiq görülmüşdür. Əmək medalı ilə təltif olunub.

Hal-hazırda professor F.Ə. Məmmədov AMEA akad. Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların yaradılması" laboratoriyasının müdiri vəzifəsində çalışır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Fikrət Məmmədov 173 elmi əsərin, o cümlədən 46 müəlliflik şəhadətnaməsi və 5 patentin müəllifidir. Onun elmi əsərlərinin təxminən 11-i xaricdə çap olunmuşdur. Məmmədov Fikrət Ələsgər oğlu 1967-ci ildən bu günə kimi müxtəlif ölkələrdə elmi-konfrans, simpoziumlarda məruzələrlə çıxış edərək Azərbaycan kimya elmini təmsil etmişdir.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Səthi-aktiv maddələrin alınması üçün neft karbohidrogenlərinin tədqiqi // "Neftçıxarma sənayesində korroziya" Dərgi, 1967, səh.47, Moskva // Ə.M. Quliyev, F.N. Məmmədov, F.Ə. Məmmədov
  • Merkaptosirkə turşusunun S-əvəzli efirləri sürtkü yağlarına aşqar kimi // Dərgi "Neft Kimya", Т. XXVIII, № 6, səh.831, 1988, Moskva // F.Ə. Məmmədov və başqaları
  • Bir sıra merkapto-karbon turşularının efirlərinin dipol momentləri və elektrodonorluq xassəsi // Dərgi "Üzvi Kimya", nəşr. "Elm", Leninqrad, səh.114, 1978 // F.Ə. Məmmədov və başqaları
  • Əvəz olunmuş tiofenolların heksametilenammonium törəmələri //Dərgi "Tətbiqi Kimya", T. XIII, 1970, səh.131, nəşr. "Kimya", Leninqrad // F.Ə. Məmmədov və başqaları

Müəllif şəhadətnamələri

[redaktə | mənbəni redaktə et]
  • Polifenolların alınma üsulu // Müəlliflik şəhadətnaməsi, SSRİ, № 359950, 28.08.1972 // F.Ə. Məmmədov və başqaları
  • 2-Dietanolamin-4-alkilfenol turş mühitdə korroziya inhibitoru kimi // Müəlliflik şəhadətnaməsi, SSRİ, № 1363762, 01.09.1987 // F.Ə. Məmmədov və başqaları
  • Su dövriyyəsi sistemində korroziya və bioinkişafın müdafiəsi üsulu // Müəlliflik şəhadətnaməsi, SSRİ, № 1376502, 22.10.1987 // F.Ə. Məmmədov və başqaları
  • Heminal fenasildimerkaptan sinton kimi // Patent, Az. R. İxtira i 0049, 2013 // S.Ə. Sərdarova, V.M. Kazımov, F.Ə. Məmmədov
  • Di-(heksil-tio)-benzoilmetan motor yağlarına çoxfunksiyalı aşqar kimi // Patent, Az. R. İxtira i 0054, 2015 // S.Ə. Sərdarova, B.İ. Abdullayev, V.M. Kazımov, F.Ə. Məmmədov

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Professor, к.ü.e.d. F.Ə. Məmmədov bir çox Beynəlxalq konfranslarda iştirak etmişdir.

  • "Химические пути защиты окружающей среды от загрязнений" // Менделевский съезд по общей и прикладной химии. Тезисы докладов и сообщ. № 2, с.390, изд.Наука, 1989, Москва
  • Синтез геминального фенацилдимеркаптана // Химические реактивы, реагенты и процессы малотоннажной химии. Тезисы докладов XXVI Международной научно-технической конференции "Реактив-2013", Минск, 2013 // Османова С.Ф., Сардарова С.А., Кязимов В.М., Мамедов Ф.А.
  • Однореакторный синтез 2-арил-2-метил-3-(пиридил)-тиазолидин-4-онов конденсацией ацетофенонов с тиогликолевой кислотой и 2-аминопиридином // International Congress on Heterocyclic Chemistry "KOST-2015" dedicated to 100 years anniversary of professor Alexei Kost, 18–23 October, Москва, 2015 // Османова С.Ф., Сардарова С.А., Мамедов Ф.А.

П.Ладохина.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

AMEA Aşqarlar Kimyası İnstitutu

[redaktə | mənbəni redaktə et]

Professor F.Ə. Məmmədov AMEA akad. Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda "Metalların korroziyaya qarşı davamlılığını artıran inhibitorların yaradılması" laboratoriyasının müdiri vəzifəsində çalışır. F.Ə. Məmmədov 1988-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunun Həmkarlar İttifaqının sədridir.

Dissertantlara elmi rəhbərlik və opponent

[redaktə | mənbəni redaktə et]
  • Мирзоева Мзия Алиевна. "Синтез и исследование некоторых производных эфиров меркаптоуксусной кислоты в качестве присадок к смазочным маслам". – Баку. 1981. – (02.00.13)
  • Набиев Мамед-Багир Зейнал о. "Несмметричные моно- и дисульфиды на основе 2-окси-трет.алкилтиофенолов в качестве присадок к смазочным маслам". Баку. –1986. – (02.00.13)
  • Джафарова Тарана Джафар к. "Аминометильные производные фенолов и фенолсульфидов – ингибиторы коррозии металлов и присадки к маслам". Баку. –1988. – (02.00.13)
  • Гусейнова Саадат Аслан к. "N-замещенные производные 4-бензилокси-, 4-фенилазофенолов – ингибиторы коррозии металлов и присадки к смазочным маслам". Баку. –1992. – (02.00.13)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • A.Məhərrəmov, M.Allahverdiyev, R. Əliyeva "Azərbaycan kimyaçıları", "Azərbaycan" nəşriyyatı, 1998.
  • A.Məhərrəmov "Azərbaycan kimyaçıları", "Bakı Universiteti" nəşriyyatı, 2017.