Fikrət Əbdülhəmid oğlu Sultanov (14 may 1943, Bakı) — Azərbaycanlı aktyor, rejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi.
Fikrət Sultanov | |
---|---|
Fikrət Əbdülhəmid oğlu Sultanov | |
Doğum tarixi | 14 may 1943 (81 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, rejissor, pedaqoq |
Təhsili |
|
Mükafatları |
Fikrət Sultanov 14 may 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram rejissoru" ixtisasını (kursun rəhbəri Tofiq Kazımov) və 1970-ci ildə Moskva Ümumittifaq Teatr Sənəti İnstitutunun "Assistent-stajorluğu"nu (rəhbəri - İ.M.Rayevski) bitirib.
1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı" musiqili komediyasını "Təbəssümünü gizlətmə" adı ilə səhnələşdirib.
1966-cı ildən pedaqoji fəaliyyətlə məşğuldur. 20 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində buraxılış kafedrası olan "Rejissorluq və aktyor sənəti" kafedrasının müdiri, 5 il "Teatr və kino sənəti" fakültəsinin dekanı vəzifələrində işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.
2005–2006-cı illərdə Türkiyədə İstanbul Beykent Universitetində kafedra müdiri və professoru vəzifələrində çalışıb, Ümumtürkiyə Ali Attestasiya komissiyasının üzvü ("Jürinin Asıl Üyesi") olub.
Quruluşçu-rejissor kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət televiziya və radiosunda, Moskva Operetta Teatrında tamaşalar, habelə dövlət səviyyəli kütləvi tədbirlər hazırlamışdır. Aktyor kimi "Qəzəlxan" filmində Mir Cəfər Bağırov rolunu ifa etmişdir.
Çoxsaylı tədris proqramlarının, metodik tövsiyələrin, "Azərbaycan teatr təhsili" dərs vəsaitinin müəllifidir.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 10 dekabr 2013-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür[1].