Filial

Filial (lat. filialis – oğulluq, oğula məxsus; filius – oğul) hər hansı təşkilatın, yəni hüquqi şəxsin bir hissəsi olan təşkilat. Filial həmin təşkilatın funksiyalarını tam həcmdə, yaxud onun yerləşdiyi yerdən kənarda yerinə yetirir; 2)müəssisə və təşkilatın bir hissəsi olub, müstəqil törəmə cəmiyyətini, şöbəni əks etdirir, digər və ya başqa yerdə mövcud olaraq fəaliyyət göstərir, əsas təşkilatdan iqtisadi əlaqə cəhətdən asılı olaraq onunla sıx iqtisadi əlaqə saxlayır; 3)hər hansı təşkilatın (idarənin, müəssisənin və s.) müəyyən dərəcədə müstəqilliyə malik şöbəsi. Məsələn, institutun filialı.

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.