Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Filidor (tam adı Fransua-Andre Danikan Filidor; 7 sentyabr 1726[1][2][…], Dre (Yuxarı Provans Alpları)[d][4] – 31 avqust 1795[2][3][…], London[4]) — Fransız şahmatçısı və opera bəstəkarı
Filidor | |
---|---|
Fransua-Andre Danikan Filidor | |
Doğum tarixi | 7 sentyabr 1726[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1795[2][3][…] (69 yaşında) |
Vəfat yeri | |
Atası | Andre Danikan Filidor |
Milliyyəti | Fransız |
Fəaliyyəti | aktyor, şahmatçı, pianoçu, bəstəkar, musiqiçi, şahmat nəzəriyyəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Filidor Fransada çox məşhur musiqiçi ailəsində anadan olmuşdur. Babası və atası Parisdə "Grande Écurie" adı verilən kral orkestrının üzvü idi. Ailənin əsıl adı Danikan idi amma qaboyçu olan babası qaboy ifa edəndə Fransa Kralı XIII. Luisə Sienalı Filidori adlı bir virtuoz qaboyçunu xatırlatdığı üçün kral tərəfindən "Filidor" adı verilmişdir. Philidor l'ainé (Yaşlı Filidor) olaraq bilinən Andre Danikan Filidor (1647–1730) atasının ikinci arvadı Elizabeth Le Royun oğludur və doğulanda atası 79 yaşında, anası 26 yaşında idi. Atası Fransua-Andre 4 yaşında olakən öldü.
Filidor 1732-ci ildə 6 yaşı olanda Fransa Kralı XV. Luis-in sarayındaki Kral Xoruna seçildi. İlk musiqi kompozisiyasını bu xoroda , 11 yaşında bəstələdiyi bildirilir. XV. Luisin her gün Kral xorunu dinləmək istədiyi; kralın gəlmeəini gözləyən zaman xorun üzvlərinin vaxtlarını şahmat oynamaqla keçirdikləri və gənç Filidorun da oyuna məhz bu səbəblə başladığı ifadə edilir.
Yaşadığı dövrdə hələ Şahmat üzrə Dünya Çempionu titulu təsis edilməməsinə baxmıyaraq, dövrünün ən böyük şahmat ustalarından biri sayılır. Filidorun yazdığı Analyse du jeu des Échecs (Şahmat Oyununun Təhlili) kitabı 100 ilə yaxın müddətdə standart şahmat kitabı olaraq qəbul edildi. O, həm də daha sonralar onun adıyla adlandırılacaq Filidor müdafiəsinin yaradıcısıdır.