Vyetnam–Filippin münasibətləri — Vyetnam və Filippin arasındakı mövcud ikitərəfli münasibətlər. Vyetnam Sosialist Respublikası ilə Filippin arasında ilk diplomatik əlaqələr 12 iyul 1978-ci ildə qurulmuşdur. İki ölkə arasında bir başa quru sərhəddi yoxdur.
Çin–Hindistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1955-ci ilin iyulunda Filippin Prezidenti Roman Maqsaysay Cənubi Vyetnamı müstəqil dövlət olaraq tanıyır. Filippin tibbi persponalını Vyetnam müharibəsində Şimali Vyetnama qarşı vuruşan Cənubi Vyetnam qüvvələrinə yardım məqsədilə göndərir. Bununla yanaşı Roman Maqsaysay açıq şəkildə ABŞ-nin apardığı müharibədə ona istənilən dəstəyi verməsini bəyan edir. Ancaq Filippin müharibəyə ancaq mülki kontingent göndərmişdir. 1964-cü ilin oktyabrında Cənubi Vyetnama iki qrumpdan ibarət tibb işçiləri göndərilir (bura 68 nəfər daxil idi). 1966-cı ildfə isə sayı min nəfər olan mülki şəxs göndərilmişdir. Bunlara hərbi xitmətdə olan ancaq fəal hərbi əməliyyatlarda iştirak etməyən hərbi kəkimlər, mühəndis-inşaatçılar, kənd təsərrüfatı sahəsi mütəxəsisləri və s daxil idi. Filippin kontingenti olaraq Cənubi Vyetnam ərazisində 2 min insan xidmət etmişdir. Onlar əsasən Teymin vilayətində cəmləşmişdilər. Burada tibb mərkəzi və çox sayda yollar inşa edilmişdir. Filippin kontingenti Vyetnamdan 1970-i ildə çıxarılmışdır. Onların ehtiyacları üçün ümumilikdə 35 milon dollar xərclənmişdir. Şəxsi heyətin qorunması məqsədilə Amerika tərəfi onlara iki çay patrul kateri, avtomatlar, mühəndis-istehkam texnikaları yüngül atıcı silahlar (tapanca, M-16 abtomatı və M-60 plemyotu) vermişlər
2015-ci ilin oktyabrında Filippinmin Xarici İşlər Naziri Alberto rosario Hanoyda səfərdə olmuşdur. 2015-ci ilin noyabrında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Filippinə rəsmi dövlət səfəri etmişdir. 17 noyabr 2015-ci ildə hər iki ölkəınin liderləri ölkələri arasında trateji əməkdaşlıq haqqında bəyanat vermişlər. Vyetnam ABŞ və yaponiyadan sonra Filippinin üçüncü strateji ortağıdır[1]. 2016-cı ilin sentyabrında Filippin Prezidenti Rodriqo Duterte vyetnamı rəsmi dövlət səfəri ilə ziyarət etmişdir. Rodriqo Dutertenin hakimiyyəti dövründə ABŞ ilə münasibətlərdəki dəıyişiklik və Çin Xalq Respublikasının Cənubi Çin dənizindəki mübahisəli adalara qoşun yerləşdirməsi bu iki ölkəni bir-biribnə daha da yaxınlaşdırmışdır[2].
Vyetnamın Filippinə əsas ixracatı: düyü, kofe, ani əriştə və yerfındığı. 2014-cü ildə Vyetnam Filippin iqtisadiyyatına 294 mln ABŞ dolları yatırıəm qoymuşdur. 29 iyul 2014-cü ildə Vyetnam-Filippin dostluq assosaiyası təşkil olunur. Bunda məqsəd iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiriməsi olur. 2016-cı ilə Vyetnam və Filippin arasında iki tərəfli ticarət əlaqələrinin həcmi 3 mlrd dollar olmuşdur. 2010-cu ildə Vyetnamda 3500 filippinli yaşayırdı. 2016-cı ildə bu rəqəm 5000 nəfərə qədər artmışdır.