Filippin Həmkarlar İttifaqları Konqresi (filip. Katipunan ng Manggagawang Pilipino – KMP) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri.[1] Mərkəzi ofisi Quezon şəhərində yerləşir.
Filippin Həmkarlar İttifaqları Konqresi TUCP, KMP | |
---|---|
Yaranma tarixi | 1975 |
Mərkəzi | |
tucp.org.ph |
Konqres 1975-ci ildə yaradılmışdır.[1] Həmin dövrdə Filipində fəaliyyətdə olan 23 həmkarlar ittifaqı ortaq qərara gəlirlər ki, əgər onlar birləşib vahid bir təşkilat kimi fəaliyyət göstərsələr daha uğurlu nəticələr əldə edə bilərlər; daha dinamik və aktiv addımlar atarlar.[1] Məhz bu məqsədlə həmin ildə dekabrın 14-də keçirilən konfransda təşəbbüskarlar Filippin Həmkarlar İttifaqları Konqresinin yaranmasını bəyan edirlər.[1]
Konqres yarandığı ilk gündən qarşısına əsas məqsəd olaraq iş yerlərində demokratik mühitin yaradılmasını qoyub. Bununla yanaşı işçi hərəkatının, daxili və beynəlxalq həmrəyliyin gücləndirilməsi, iş yerlərində müasir və yeni avadanlıqların tətbiqi də diqqət mərkəzində saxlanılır.[1]
Hazırda konqresin 1,2 milyon üzvü var.[1] Qurumun tabeçiliyində 30 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Konqres kənd təsərrüfatı, dövlət qulluqçuları, sürücülər, mədən və s. sahələrin işçilərini əhatə edir.[1]
Təşkilatın hazırkı prezidenti Demokrito Mendozadır.[1]
Federasiya Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.