Filoloji araşdırmalar — 1996-2004-cü illərdə Azərbaycanda nəşr olunan elmi məqalələr toplusu
Toplu ümumilikdə 20 kitab halında yayınlanmışdır. Toplunun ilk kitabları Ümumdünya Azərbaycanşünaslar Assosiasiyası, sonrakı cildləri isə Ana Dili Fondu və Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası tərəfindən nəşr olunmuşdur. Toplu filologiya elmləri doktoru, professor Vaqif Sultanlının elmi redaktorluğu nəşr olunmuşdur.
"Filoloji araşdırmalar"ın hər kitabı 500 nüsxədə yayınlanmışdır.
"Filoloji araşdırmalar" toplusunda əsasən klassik və müasir Azərbaycan ədəbiyyatı, mühacirətin ədəbi-kulturoloji irsi, Azərbaycanın Güneyində yaranan ədəbiyyatla bağlı araşdırmalar, ədəbi əlaqələr, dilçiliyin müxtəlif məsələləri ilə bağlı elmi məqalələr yer almışdır.
Toplunun ümumi səpkili nəşrləri ilə yanaşı, konkret mövzuya həsr olunmuş buraxılışları da vardır. Belə ki, "Kitabi-Dədə Qorqud" eposu, Güney Azərbaycan ədəbiyyatı ilə bağlı xüsusi nəşr bu baxımdan diqqəti çəkir.