Filosof Qadınlar Cəmiyyəti

Filosof Qadınlar Cəmiyyəti — YUNESKO-nun sponsorluğu ilə fəaliyyət göstərir, 2007-ci ilin mart ayında təsis olunub və dünyanın 5 regionundan (Af­rika, Latın Amerikası və Karib hövzəsi, Asiya, Avropa və Şimali Ameri­ka və Ərəb dövlətləri) 71 dövləti təmsil edən 1304 üzvü birləşdirir.

Fəlsəfə tarixində filosof adlana biləcək çox az qadının adı bəllidir. Fi­lo­­sof qadınlar cəmiyyəti bir növ tarixdəki bu boşluğu doldurmaq məqsədi da­­şıyır və ilk addım kimi qadın filosoflar haqqında «Kim kimdir» (Who is who) məlumat kitabını və internet səhifəsini hazırlamışdır. Məqsəd – dün­­ya fəlsəfəsində qadının, qadın təfəkkürünün də öz yerinin olduğunu bir da­ha təsdiqləməkdir.[1]

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bünyadzadə Könül Yusif qızı Filosof Qadınlar cəmiyyətinin üzvüdür.

Filosof qadınlar cəmiyyətinin ilk Assambleyası 14-15 dekabr 2009-cu il tarixdə Parisdə keçirilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "YUNESKO nəzdində Filosof qadınlar Cəmiyyətinin I Assambleyası". Fəlsəfə dünyası. Archived from the original on 2024-02-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]