1866–1868-ci illlərdə Finlandiyada aclıq — Finlandiyada kütləvi aclıq. Bu, Qərbi Avropada təbii səbəblərdən yaranan son kütləvi aclıq olmuşdur. Finlandiya tarixində bu fenomen "Böyük aclıq illəri" kimi tanınır (fin Suuret nälkävuodet).
Finlandiya böyük hersoqluğunun ümumi əhalisinin təxminən 15%-i, aclığın tüğyan etdiyi ərazilərdə isə əhalinin 20%-ə qədəri həlak olmuşdur.[1]
Soyuq iqlimdə, yoxsul torpaqlarda, Finlandiyada vaxtaşırı kütləvi qıtlıq baş verirdi. Tədqiqatçılara görə, beləliklə, 1696–1697-ci illərdəki aclığı daha əsaslı şəkildə "böyük" adlandırmaq olar.[2] Bəzi hesablamalara görə, bu dövrdə hər üç findən biri həlak olmuşdur. Başqa məlumata görə, Finlandiyanın əhalisi 1/5 azalmışdır.[3]