Finlandiyanın vilayətləri

Finlandiya fin dilində maakunta, isveç dilində landskap adlanan 19 vilayətdən ibarətdir. Vilayətlər vilayət bələdiyyələri üçün əməkdaşlıq edən forumlar kimi xidmət göstərən regional şuralar tərəfindən idarə olunur. Vilayətlərin əsas vəzifələri regional planlamanı aparmaq və təhsil və təşəbbüsü inkişaf etdirməkdir. Əlavə olaraq, ictimai sağlamlıq xidmətləri də həmçinin vilayət səviyyəsində təşkil olunur. Hal-hazırda şura üçün ümumi seçkilər baş tutan yeganə vilayət Kaynuudur. Digər vilayətlərin məclisi bələdiyyə şuraları tərəfindən seçilir. Hər bələdiyyə öz əhalisinin sayına uyğun nümayəndəni məclisə göndərir. Regional şuraların məsuliyyətində olan bələdiyyələr arasındakı əməkdaşlığa əlavə olaraq, Finlandiyada təşəbbüskarlıq, meşəçilik, balıqçılıq, kənd təsərrüfatı və əmək işlərinin yerli idarəçiliyinə görə məsuliyyət daşıyan 15 İqtisadi İnkişaf, Nəqliyyat və Çevrə Mərkəzi(Fin dilində elinkeino-, liikenne- ja ympäristökeskus, qısaca ely-keskus) fəaliyyət göstərir. Onların hər biri Finlandiyanın bir və ya bir neçə vilayətinə nəzarət edir və içərisində İqtisadiyyat və Məşğulluq, Nəqliyyat və Rabitə və Çevrə nazirliklərinin ofisi yerləşir. Finlandiya Müdafiə Qüvvələrinin regional ofisləri regional müdafiə hazırlıqlarından və vilayət içərisindəki çağırışların idarəsindən məsuliyyət daşıyır.

Bayraq Gerb Ad İngilis dilində rəsmi adı[1] Fin dilində adı İsveç dilində adı Paytaxtı Sahəsi (km2) Əhalisi
(31 Dec 2017)[2]
1. Lapland Laplandiya Lapland Lappi Lappland Rovaniemi 92,674 180,207
2. North Ostrobothnia Şimali Ostrobotniya North Ostrobothnia Pohjois-⁠Pohjanmaa Norra Österbotten Oulu 36,815 411,150
3. Kainuu Kainuu Kaynuu Kainuu Kainuu Kajanaland Kayaani 20,197 74,803
4. North Karelia North Karelia Şimali Kareliya North Karelia Pohjois-Karjala Norra Karelen Yoensuu 17,761 164,085
5. North Savonia North Savonia Şimali Savoniya North Savo Pohjois-Savo Norra Savolax Kuopio 16,768 247,776
6. Etelä-Savo Cənubi Savoniya South Savo Etelä-Savo Södra Savolax Mikkeli 14,257 148,975
7. South Karelia Cənubi Kareliya South Karelia Etelä-Karjala Södra Karelen Lappeenranta 5,327 130,506
8. Central Finland Central Finland Mərkəzi Finlandiya Central Finland Keski-Suomi Mellersta Finland Yivyaskilya 16,703 276,196
9. South Ostrobothnia South Ostrobothnia Cənubi Ostrobotniya South Ostrobothnia Etelä-Pohjanmaa Södra Österbotten Seynyayoki 13,444 191,860
10. Ostrobothnia Ostrobotniya Ostrobothnia Pohjanmaa Österbotten Vaasa 7,753 181,441
11. Central Ostrobothnia Central Ostrobothnia Mərkəzi Ostrobotniya Central Ostrobothnia Keski-Pohjanmaa Mellersta Österbotten Kokkola 5,020 69,027
12. Pirkanmaa Pirkanmaa Pirkanmaa Pirkanmaa Birkaland Tampere 12,585 509,356
13. Satakunta Satakunta Satakunta Satakunta Satakunta Satakunta Pori 7,820 221,740
14. Päijät-Häme Päijät-Häme Pyayanne Tavastiya Päijät-Häme Päijät-Häme Päijänne-Tavastland Lahti 5,125 201,685
15. Kanta-Häme Kanta-Häme Kanta-Hyame Kanta-Häme Kanta-Häme Egentliga Tavastland Hyameenlinna 5,199 173,781
16. Kymenlaakso Kyumenlaakso Kymenlaakso Kymenlaakso Kymmenedalen Kotka, Kouvola 5,149 177,659
17. Uusimaa Uusimaa Uusimaa Uusimaa Uusimaa Nyland Helsinki 9,097 1,638,293
18. Southwest Finland Cənub-qərbi Finlandiya Southwest Finland Varsinais-Suomi Egentliga Finland Turku 10,663 475,543
19. Åland Åland Aland adaları[3] Åland Ahvenanmaa Åland Mariehamn 1,553 29,214
  1. "Suomen hallintorakenteeseen ja maakuntauudistukseen liittyviä termejä sekä maakuntien ja kuntien nimet fi-sv-en-(ru)" (PDF). vnk.fi. səh. 8–9. 11 June 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 August 2019.
  2. Tilastokeskus. "Population". www.stat.fi. 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-26.
  3. The role that the regional councils serve on Mainland Finland are, in Åland, handled by the autonomous Government of Åland.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]