Firdovsi Əliyev (əsgər)

Firdovsi Muxtar oğlu Əliyev (d. 8 sentyabr 1973, Gədəbəy rayonu — ö. 8 avqust 1992) — Azərbaycanlı şəhid.

Firdovsi Əliyev
Firdovsi Muxtar oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu, Çobankənd kəndi
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Liman zirvəsi
Vəfat səbəbi Şəhid
Dəfn yeri Gədəbəy rayonu, Çobankənd kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əliyev Firdovsi Muxtar oğlu 8 sentyabr 1973-cü ildə Gədəbəy rayonunun Çobankənd kəndində kolxozçu ailəsində anadan olub. 1991-ci ildə orta məktəbi bitirmişdir. 1992-ci ildə Gədəbəy rayon hərbi komissarlığı tərəfindən orduya çağırılır. İki aylıq hərbi təlim keçdikdən sonra, Sarı qaya, Liman, Qaraarxı, Alagöllər, Başkənd uğrunda gedən döyüşlərdə iştirak etməyə başlayır. Mahir topçu kimi döyüş yoldaşları və komandirlər arasında nüfuz qazanır. Firdovsi 1992-ci il avqustun 8-də Liman adlanan zirvə uğrunda gedən döyüşlərdə şəhid olur. Firdovsinin xatirəsi əbədiləşdirilmişdir. Çobankənd orta məktəbi onun adını daşıyır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc (#bare_url_missing_title).