Firuddin Nəbiyev (general)

Nəbiyev Firuddin İsaxan oğlu — 1965-ci il yanvar ayının 25-də Ermənistan SSR-nin Amasiya rayonunda doğulub.

Firuddin Nəbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
Hərbi xidmət
Döyüşlər Birinci və İkinci Qarabağ müharibələri
Rütbəsi General-mayor

Təltifləri "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı

1971-ci ildə Amasiya rayonunun Təpəkənd kəndindəki orta məktəbin birinci sinfinə gedib. 1981-ci ildə həmin məktəbi bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1987-ci ildə həmin institutundan müalicə işi ixtisası ilə məzun olub. 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində hərbi hazırlıq kursu keçib, institutu bitirdikdə ona ehtiyatda olan tibb xidməti leytenantı hərbi rütbəsi verilmişdir.

1987–1988-ci illərdə Yerevan şəhərində terapiya ixtisası üzrə internatura kursu keçdiyi zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar kursu yarımçıq qoyub, 1988-ci ildə Bakı şəhərinə köçüb.

İnternaturanı 1989-cu ildə Sumqayıt şəhər xəstəxanasında davam etdirib.

1990–1992-ci illərdə Daşkəsən Mərkəzi Rayon Xəstəxanasında həkim, anesteziya-reanimasiya şöbəsinin müdiri vəzifələrində işləyib.

1992-ci ildə Daşkəsən Rayon Hərbi Komissarlığına müraciət edərək ordu sıralarına çağırılıb və 1994-cü ilədək döyüşən hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib.

1994-cü ilin avqust ayında Hərbi Hava Qüvvələrinin tabeliyindəki hərbi hissələrin birində xidmətini davam etdirib.

1996-cı ildən 2001-ci ilədək Hərbi Hava Qüvvələrində tibb şöbəsinin müalicə-profilaktika üzrə zabiti və sonradan uçuşların tibbi təminatı üzrə baş zabiti, 2001-ci ildən Müdafiə Nazirliyində Hərbi Tibb Xidmətinin müalicə-profilaktika şöbəsinin baş zabiti, 2011-ci ildən Hərbi Tibb İdarəsinin müalicə-profilaktika şöbəsinin baş zabiti-şöbə rəisinin müavini, 2014-cü ilin yanvar ayından müalicə-profilaktika şöbəsinin rəisi vəzifələrində xidmət edib.

2021-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisi vəzifəsinə təyin olunub.

2021-ci ilin fevral ayından 2023-cü ilin oktyabr ayınadək Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli 3340 nömrəli Sərəncamı[1] ilə ona tibb xidməti general-mayoru hərbi rütbəsi verilib.

1992–1994-cü illərdə hərbi hissənin tərkibində KəlbəcərGədəbəy rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.

Hər iki Qarabağ müharibəsinin veteranıdır.

29.05.2024-cü ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin[2] 13-cü bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya buraxılıb[3].

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2019-cu il tarixli 1287 nömrəli Sərəncamı[4] ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2349 nömrəli Sərəncamı[5] ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-05-29.
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  3. "SON DƏQİQƏ: Azərbaycanın tanınmış generalı vəzifəsindən getdi - FOTO". www.manset.az (ingilis). İstifadə tarixi: 2024-05-29.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.