Firudin Hüseynov (II)

Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965).[1]

Firudin Hüseynov
Firudin Həmzə oğlu Hüseynov
Doğum tarixi 17 iyul 1918(1918-07-17)
Doğum yeri
Vəfat tarixi 1984
Vəfat yeri
Uşağı Solmaz xanım
Elm sahəsi energetika
Elmi dərəcələri
İş yerləri
Təhsili
Üzvlüyü AMEA
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.[1]

Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbər­liyi altın­da 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.[1]

Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb.[1]

Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir.[1]

Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.[1]

  1. 1 2 3 4 5 6 7 8 "Vəfat etmiş müxbir üzvlər: Hüseynov Firudin Həmzə oğlu". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.