Firudin Həmzə oğlu Hüseynov (17 iyul 1918, Yelizavetpol – 1984, Bakı) — AMEA-nın müxbir üzvü (1980), professor (1966), texnika üzrə elmlər doktoru (1965).[1]
Firudin Hüseynov | |
---|---|
Firudin Həmzə oğlu Hüseynov | |
Doğum tarixi | 17 iyul 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 1984 |
Vəfat yeri | |
Uşağı | Solmaz xanım |
Elm sahəsi | energetika |
Elmi dərəcələri |
|
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | AMEA |
Mükafatları |
Firudin Hüseynov 1918-ci il iyulun 17-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Bakı Energetika Texnikumunu və 1942-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bitirmişdir.[1]
Firudin Hüseynov 1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1965-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1966-cı ildə porofessor elmi adını almış, 1980-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.[1]
Firudin Hüseynov 6 monoqrafiya və 300-dən artıq elmi əsərin müəllfidir. Onun rəhbərliyi altında 40 nəfər fəlsəfə və elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir.[1]
Firudin Hüseynov 1947-ci ildən ASİ-də assistent, dosent, professor, 1957-ci ildən Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutunda elektrik sistemləri laboratoriyasının müdiri vəzifələrində çalışmışdır.[1]
Firudin Hüseynov ilk dəfə müasir mürəkkəb sistemlərin ekvivalentləşdirilməsi metodunun əsasını işləyib, Azərbaycanın energetika sahəsində müxtəlif elmi araşdırmalar aparıb.[1]
Firudin Hüseynov 1984-cü ildə Bakıda vəfat etmişdir.[1]
Firudin Hüseynov "Qafqazın müdafiəsinə görə", "Rəşadətli əməyə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur.[1]