Firudin Rəsulov

Firudin Yusif oğlu Rəsulov — jurnalist.

Firudin Rəsulov
azərb. Firudin Yusif oğlu Rəsulov
Doğum tarixi (85 yaş)
Doğum yeri Qərbi Azərbaycan
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub[1]. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən "Abşeron" qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə "Həyat" qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub.

Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində "Azərsu" ASC-də işləyib.

Jurnalist 1988-ci ilin noyabrında "Kommunist" qəzetində gedən "Topxananın harayı" adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mətbuat Şurasında veteran jurnalist Firudin Rəsulovun 75 illiyi qeyd edilib". 2018-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.