Firuzə Abdullina (başq. Абдуллина Фирүзә Дәүләтша ҡыҙы 24 fevral 1961[1][2], Şulkə, Başqırd MSSR) — başqırd əsilli müəllim, şairə.
Firuzə Abdullina | |
---|---|
Doğum tarixi | 24 fevral 1961[1][2] (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | school teacher[d], şair |
Vikianbarda əlaqəli mediafayllar |
1961-ci ilin 24 fevral tarixində, Başqırd Muxtar Sovet Sosialist Respublikasının Baymak rayonu, Şulkə kəndində anadan olmuşdur. 2017-ci ildən Rusiya Federasiyası Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür[3]..
Firuzə Abdullinanın ixtisası — rus dili və ədəbiyyatı, başqırd dili və ədəbiyyatı müəlliməsidir[4]. O, Yəğəfər Nəzerşin, Damir Soltanov, Nəsimə Əminova, Azat İskujin, Yulay Moratov, Rəsimə Dinislamovalar kimi insanlarla birlikdə mahnı yazmışdır.
Şulkə kəndində altı illik məktəbdə oxumuş, sonra Baymak internat məktəbinə oxumağa getmişdir. 1978-ci ildə məktəbi bitirmişdir.
1978–1983-cü illərdə Sterlitamak Pedaqoji İnstitutunda təhsil almışdır. Sonra müəllim işləməyə başlayır və 1983–1984-cü illərdə Karmaskalı rayonunda qabaqcıl lider müllimlərdən biri olur.
1985-ci ildə həyat yoldaşı Fidail ilə birlikdə altı illik Yuldaş məktəbində rus dili və ədəbiyyatı öyrətmək üçün Ziançurinski rayonuna köçür.
1990-cı ildə Karmaskalı rayonuna köhnə məktəbinə qayıdır və burada yenidən rus dili və ədəbiyyatı müəllimi işləyir. Burada "İntibah" ədəbi klubunu qurur[5].
Ailəlidir. Əri — Fidail Abdullin.