Firuzə Məmmədli

Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980).[1]

Firuzə Məmmədli
Firuzə Nurəddin qızı Məmmədova
Doğum tarixi 10 yanvar 1940(1940-01-10) (84 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair

Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur[2]. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Həmçinin 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədridir. 1973-1975-ci illərdə Azərbaybaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı, 1975-1980-ci illərdə APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü olmuşdur. Firuzə Məmmədli 1965-ci ildə "Vahid Azərbaycan" uğrunda mübarizəyə qoşulduğuna görə 1969-cu ildə repressiya və təqiblərə məruz qalmışdır.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun "Dostluq" qəzetində çıxan "Ay həkim" adlı şeirilə başlamışdır. Ondan sonra dövri mətbuatda öz lirik şeirilə vaxtaşırı çıxış etmişdir. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazmışdır. "Bədii dilin mənbələri" monoqrafiyasını başa çatdırmışdır. Tərcümə etdiyi özbək uşaq hekayələri "Dost əlini uzatsa" (1990) kitabında dərc olunmuşdur. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Firuzə Məmmədova dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın elmi ictimaiyyətinə yaxşı tanışdır. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilmiş “Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilmiş, tələbə və magistrantların tez-tez müraciət etdiyi mənbələrdən biri olmuşdur. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-2010-cu illər), “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı elmi əsərləri çap olunmuşdur. Firuzə Məmmədova bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifidir. O onlarla magistrantın elmi rəhbəri olmuşdur. Azərbaycan Dövlət Pedoqoji Universitetində işlədiyi 50 il ərzində yüzlərlə müəllim kadrlarının hazırlanmasında onun da xüsusi xidmətləri vardır. “Gümüşü damla” adlanan ilk kitabı 1973-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilmişdir. Bundan sonra nəşr olunan “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Dilək yaxasına dönnəm yenidən”, “Aşacağam zaman adlı sədləri” “Dərd üzünü gizləyir”, “İki damla dəniz”, “Nə yaxşı yaxamda söz medalım var”, “Dünya gözəlliklə dolu”, “Savaş fəsli”, “Söz sizindir” və s. poetik topluları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır. 2002-2019-cu illər ərzində şairənin on cildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Firuzə Məmmədova (Məmmədli) qələmini nəsr və tərcümə işi sahəsində də sınamış dünya ədəbi nümunələrinin dilimizə çevrilməsi sahəsində də bir sıra işlər görmüş - rus, özbək, tacik, türk və fars dillərindən tərcümələr etmişdir. Firuzə Məmmədlinin şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dilinə tərcümə edilmişdir. 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub. Firuzə Məmmədli 37 şeir, nəsr və elmi tədqiqat əsərləri, o cümlədən 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir. Firuzə Məmmədli 2008-ci ilin Prezident təqaüdçüsüdür. O, 1912-ci ildə ADPU-nun 90 illik yubileyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Firuzə Məmmədli hələ tələbəlik illərində (1965-ci il) Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda gənclər hətəkatına qoşulmuşdur. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.

[1]

DÖVLƏT, BEYNƏLXALQ MÜKAFAT VƏ DİPLOMLARI

1955-ci ildə Ümumiittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı. 1959-cu ildə Orta məktəbi bitirməklə bağlı gümüş medalı. 1992-ci ildə Türkiyədə düzənlənən Beynəlxalq şeir müsabiqəsinin “Əlişir Nəvai” mükafatı. 2007-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı. 2008-ci ildə Prezident təqaüdü. 2012-ci ildə “Tərəqqi” medalı. 2016-cı ildə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı. 2017-ci ildə “Qızıl kəlmə” mükafatı. 2019-cu ildə “Nəsimi” mükafatı. 2020-ci ildə Azərbaycam MİHİRK-nin fəxri fərmanı. 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı. 2021-ci ildə “Əmək” ordeni. Bundan əlavə müxtəlif illərdə xarici ölkələrdə keçirilən şeir şölənləri və müsabiqələrin xüsusi diplomları və sertifikatları. [1]

{{columns-list|2|

KİTABLARI

1. Gümüşü damla. Bakı, “Gənclik”, 1972, 48 s. 2. Yoluma bahar düşüb. Bakı “Gənclik”, 1978, 54 s. 3. Sənin ömrün. Bakı, “Yazıçı”, 1982, 60 s. 4. Yetkinlik. Bakı, “Yazıçı” 1989,127 s. 5. Bir qarış ucalıq. Bakı “Gənclik”, 1995, 167 s. 6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti). Bakı, ADPU, 1997, 85 s. 7. Məni mənlə bölən dünya. Bakı “Gənclik”, 1999, 266 s. 8. “Seçilmiş əsərləri” I c. Bakı, “Nurlan”, 2002, 432 s. 9. “Seçilmiş əsərləri” II c. Bakı, “Nurlan”, 2002, 446 s. 10. “Seçilmiş əsərləri” III c. Bakı, “Nurlan”, 2004, 550 s. 11. Y.V.Çəmənzəminlinin tarixi romanlarının (“Qızlar bulağı” və “Qan içində”) dil və üslub xüsusiyyətləri. (Monoqrafiya), Bakı, ADPU, 2005, 166 s. 12. Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili (proqram). Bakı, ADPU, 2005, 16 s. 13. Ömrün axarı. Bakı “Gənclik”, 2005, 320 s. 14. Dilək yaxasına dönnəm yenidən. Bakı, “Vektor”, 2006, 256 s. 15. “Seçilmiş əsərləri” IV c. Bakı, “Nurlan”, 2008, 430 s. 16. “Seçilmiş əsərləri” V c. Bakı, “Nurlan”, 2009, 412 s. 17. Aşacağam zaman adlı sədləri. Bakı “Elm”, 2010, 159 s. 18. İki damla dəniz. Bakı, “Adiloğlu”, 2011, 181 s. 19. Dərd üzünü gizləyir. Bakı, “Adiloğlu”, 2011, 159 s. 20. Azərbaycan dilinin linqvistik ekvivalentlər (dərs vəsaiti). Bakı, ADPU, 2012, 45 s. 21. Azərbaycan ədəbi dili (dərs vəsaiti). Bakı, ADPU, 2012, 49 s. 22. “Seçilmiş əsərləri” VI c. Bakı, “Nurlan”, 2012, 417 s. 23. “Seçilmiş əsərləri” VII c. Bakı, “Nurlan”, 2013, 412 s. 24. “Seçilmiş əsərləri” VIII c. Bakı, “Nurlan”, 2016, 420 s. 25. “Söz macalı”, “Qanun” nəşriyyatı, 2017. 26. “Seçilmiş əsərləri” IX c. Bakı, “Nurlan”, 2018, 420 s. 27. “Seçilmiş əsərləri” X c. Bakı, “Nurlan”, 2019, 500 s 28. “Nə yaxşı yaxamda söz meddalım var”, “Şirvannəşr”, 191 s. 29. “Dünya gözəlliklə dolu”, “Elm və Təhsil”, 2021, 216 s. 30. “Savaş fəsli”, “Elm və Təhsil ”, 2021, 192 s. 31. “Söz sizindir”, “Elm və Təhsil”, 2021, 189 s.

Toplam: 6 adda tərcümə əsəri də daxil olmaqla 37 kitab.


  1. 1 2 3 4 5 Teymur Əhmədov. "Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)". Bakı: "Nurlar" NPM. 2011. 1056. ISBN 978 9952 460 06 3.
  2. "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.211